Remove ads
From Wikipedia, the free encyclopedia
Respirator — nəfəs orqanlarını zərərli maddələrdən və müxtəlif növ tozlardan mühafizə edən maska.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Respiratorlar əleyhqaza nisbətən daha yüngül, istifadə üçün daha sadə, rahat mühafizə vasitələridir. Lakin respiratorlar nəfəs orqanlarını havada zərərli maddələr yolverilən yüksək konesntrasiyasadan 10-15 dəfəyədək artıq olmayan hallarda mühafizə edir. Yolverilən yüksək konsentrasiya müəssisənin iş zonasının havasındakı elə elə maddələrin miqdarına deyilir ki, belə miqdar insanın bütün iş stajı dövründə, gündə 8 saat iş rejimində müasir metodlarla aşkar edilməsi mümkün olan heç bir xəstəlik törədə bilməyir. Xlordan, ammonyakdan, sionid turşusundan və başqa güclü zəhərli TKM-dən mühafizə məqsədilə respiratorlardan istifadə etmək qadağandır.
Respiratorlar quruluşuna görə əsas 2 növə ayrılırş birinci növ respiratorlarda süzücü maska eyni zamanda süzücü element rolunu oynayır. ŞB-1 “Lepestok-200”, “Lepestok-40”, U-2K, RP-K məhz belə respiratorlardandır. Ikinci respiratorlarda isə süzücü növ elementlər xüsusi patronlarda yerləşdirilir. Bu növə “Astra”, F-62Ş, RPQ-67, RU-67 markalı respiratorlar aiddir.
Hazırda başlıca süzücü elementlər yüksək polimer maddələr əsasında hazırlanmış materiallardan ibarətdir ki, bunlar petryanov süzgəci, FPP-15 və FPP-70 adlanırlar. Belə materiallar istənilən dərəcəli aerozolları əməli olaraq təmamilə tutub saxlayırlar. ən səmərəli respiratorlar ŞB-1 “Lepestok”, “Astra-2”, F-62Ş, U-2K modelləri hesab edilir. ŞB-1 “Lepestok” tipli respiratorlar yüksək mühafizə və istismar xassələrinə malikdirlər. Onların tənəffüsə müqviməti azdır və bu müqavimət tozlu havada çox yavaş artır.
RU-67, RU-60M, U-2PQ, LUR-QP respiratorları həm qazdan, həm də tozdan mühafizə edən respiratorlardır, qazlardan və aerozollardan mühafizəni etibarlı təmin edirlər.
Bu respiratorlardan zəhərli maddələr ayrılması ilə əlaqədar olan işlər aparılarkən istifadə etmək mümkündür, lakin o şərtlə ki, ayrılan zəhərli maddələrin konsentrasiyası yolverilən konsentrasiyadan 5-10 dəfədən artıq olmasın.
Qüvvədə olan qanunvericiliyə görə, müəssisənin müdiriyyəti qaz təhlükəli sexlərdə işləyən bütün işçiləri respiratorlar və əleyhqazlarla təchiz etməlidir. Əleyhqaz və ya respirator olan alan hər bir şəxs bilməlidir ki, bu vasitələr ancaq müəyyən maddələrdən mühafizə edir.
Klapansız heç bir növ respiratorlardan mənfi temperaturlarda və yağmurlu havada istifadə etmək olmaz, çünki onlar donur və islanarkən tənəffüsə müqaviməti olduqca artır. Həmin səbəblərdən də ətraf havanın temperaturu +28º-dən artıq olarkən də işlətmək məsləhət görülmür – insan tərləyərkən, respiratorlar nəmlənir.
Mülki müdafiə sistemində yaşlı əhalinin mühafizəsi üçün R-2, ŞB-1 “Lepestok” daha geniş tətbiq edilir. R-2 və ya U-2K respiratorları tənəffüs üzvlərini radioaktiv tozlardan qorumaq üçün nəzərdə tutulmuşdur.
Süzücü respiratorların iş prinsipi ona əsaslanır ki, insanın tənəffüs orqanları yarımmaska vasitəsilə ətraf havadan təcrid edilir, nəfəs alınan hava isə aerozollardan süzücü materiallar paketində təmizlənir. Süzücü yarımmaska üç qat süzücü materialdan hazırlanmışdır. Xarici qat boz rəngli penopoliuretan materialdandır, daxilə hava keçirməyən polietilen plyonkaya iki ədəd nəfəsalma klapanı quraşdırılıb. Xarici qatla polietilen plyonka arasında polimer lifdən ibarət süzücü material yerləşdirilmişdir.
Nəfəsvermə klapanı yarımmaskanın ön hissəsinə quraşdırılmış və xarici ekranla örtülmüşdür. Respiratorun sıxacı var, burunun ətrafında maskanı sıxıb üzə kipləşdirmək üçündür.
Yarımmaska başa başlıq hissə vasitəsilə bərkidilir ki, o da iki ədəd elastik və iki qeyri-elastik qaytanlardan ibarətdir. Elastik qaytanların toqqaları var, onlar vasitəsilə qaytanları başın ölçüsünə görə nizamlamaq mümkündür.
Nəfəs alarkən hava yarımmaskanın xarici səthində keçib süzülərək tozdan təmizlənir və nəfəsalma klapanlarında tənəffüs orqanlarına daxil olur. Nəfəs verərkən hava nəfəsvermə klapanından xaricə kənar edilir.
Respiratorlar suyadavamlı mastika vasitəsilə markalanmışdır: respiratorun ölçüsü – yarımmaskanın daxili səthində, yaxud burun sıxacağının səthində, məmulatın adı, onu hazırlayan müəssisənin şərti işarəsi və hazırlama ilinin sonuncu iki rəqəmi – elastik qaytanın səthində göstərilmişdir. Respiratorun ölçüsü həmçinin onun sənədində göstərilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.