alim From Wikipedia, the free encyclopedia
Səbuhi Adil oğlu Qəhrəmanov (21 sentyabr 1988, Bərdə) — Azərbaycan ədəbiyyatşünası, filologiya üzrə fəlsəfə doktoru, naşir, AMEA-nın "Elm" nəşriyyatının direktoru [1], Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının kitab nəşri və kitab mədəniyyəti üzrə Elmi şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Avropa Elmi Redaktorlar Assosiasiyasında bölmə sədri[2]
Səbuhi Qəhrəmanov | |
---|---|
Səbuhi Adil oğlu Qəhrəmanov | |
Doğum tarixi | |
Doğum yeri | Bərdə şəhəri, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Elm sahəsi | Ədəbiyyatşünaslıq |
İş yeri | Azərbaycan Milli Elmlər Akademiyası |
Təhsili |
Bakı Dövlət Universiteti N.Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası |
Elmi rəhbəri | Şirindil Alışanlı |
Səbuhi Qəhrəmanov 21 sentyabr 1988-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Gəncə şəhəri 24 saylı orta məktəbdə 1994-2005-ci illərdə təhsil almış, məktəbi fərqlənmə ilə bitirmişdir. 2006-cı ildən bu günə kimi ayrı-ayrı nəşriyyatlarla əməkdaşlıq etmiş, 400-dən çox elmi, elmi-kütləvi, bədii kitabın, eləcə də orta və ali məktəblər üçün dərslik və dərs vəsaitinin nəşrində redaktor, korrektor, tərtibatçı kimi yaxından iştirak etmişdir.
Səbuhi Qəhrəmanov 2005-2009-cu illərdə Bakı Dövlət Universitetində Nəşriyyat işi və redaktəetmə ixtisasının bakalavriat pilləsi — fərqlənmə diplomu ilə, 2010-2012-cu illərdə isə Bakı Dövlət Universitetində Nəşriyyat işi və redaktəetmə ixtisasının magistratura pilləsi — fərqlənmə diplomu ilə bitirmişdir.
2014-2018-ci illərdə AMEA Ədəbiyyat İnstitutunda dissertanturasında təhsil almış, 2018-ci ildə “Ədəbi-tarixi prosesin problemləri və istiqamətləri (XX əsrin 20-30-cu illəri)” mövzusunda dissertasiya müdafiə etmişdir. Tədqiqat işində 1920-1930-cu illər Azərbaycan ədəbiyyatının ayrıca mərhələ kimi dövrləşdirilməsi elmi obyektivlik mövqeyindən dəyərləndirilmiş, bolşevik işğalından sonra Azərbaycanda yaranan ictimai-siyasi mühitin ədəbiyyata təsiri, ədəbi prosesinin formalaşmasında həmin dövrün yaradıcılıq təşkilatları və mətbuatının rolu araşdırılmışdır. Bundan başqa, dissertasiyada 1920-1930-cu illərdə romantizm, maarifçi və tənqidi realizm ədəbi cərəyan və yaradıcılıq metodlarının yeni ictimai-siyasi mühitin təzyiqləri altında mövcudluğu, həmin dövrün ədəbi prosesinə təsiri araşdırılmış, sosializm realizmi metodunun formalaşma prosesi təhlil olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2018-2022-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisasının bakalavriat pilləsini bitirmişdir[3].
2011-2014-cü illərdə AMEA-nın "Elm" nəşriyyatında ədəbi redaktor, Nəşriyyat şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
2015-2018-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatında İctimaiyyətlə əlaqələr şöbəsi – mətbuat xidmətinin müdiri vəzifəsində işləmişdir.[4] AMEA-nın mətbuat katibi kimi fəaliyyət göstərdiyi illərdə Akademiyanın kütləvi informasiya vasitələri ilə əlaqələrini möhkəmləndirmiş, yeni əməkdaşlıq əlaqələri yaratmışdır. Elm və elmi biliklərin populyarlaşdırılması və kütləvi təbliği sahəsində mövcud problemləri həmişə diqqət mərkəzində saxlamış, bu istiqamətdə zəruri işlər görmüşdür.[5] 2016-cı il 22 iyul - Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri üçün N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında "Elmi təbliğ edək!" devizi altında yay məktəbi təşkil olunmuşdur. "Science Activity - 2016" adlı II Yay məktəbində ölkənin aparıcı media qurumlarının nümayəndələri üçün təlimlər keçirilmişdir.[6] Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr şöbəsi – mətbuat xidmətinin müdiri olduğu zaman, eyni zamanda, AMEA Rəyasət Heyətinin Həmkarlar təşkilatının sədr müavini olmuşdur.
2019-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının "Elm" nəşriyyatının direktorudur.[7] Direktor kimi fəaliyyətində əsas diqqəti “Elm” nəşriyyatının işinin günün tələbləri səviyyəsində qurulması, fəaliyyət istiqamətlərinin genişləndirilməsinə yönəldib. Bu məqsədlə 17 iyul 2019-cu ildə “AMEA-nın "Elm" nəşriyyatının fəaliyyətinin təkmilləşdirilməsi üzrə 2019-2020-ci illər üçün Tədbirlər planı” təsdiq edilib. Tədbirlər planına əsasən, “Elm” nəşriyyatının yeni korporativ imicinin formalaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, müasir tələblər səviyyəsində rəsmi veb-saytının hazırlanması və s. nəzərdə tutulur.[8],[9],[10] Rebrendinq məqsədilə "Elm" nəşriyyatının yeni loqosu və şüarı müəyyənləşib. “Elm” nəşriyyatının yeni loqosu elm və kitabın simvolik vəhdətindən ibarətdir. Loqo cəmiyyətin intellektual tərəqqisini təmin edən elmin dəyərli kitabların mütaliəsindən doğması fikrini özündə ehtiva edir. Nəşriyyatın şüarı isə “Elm – tərəqqiyə aparan yol”dur.[11] "Elm" nəşriyyatı çap etdiyi AMEA-nın elmi jurnallarının beynəlxalq elmi mərkəzlərlə əlaqələrinin gücləndirilməsi istiqamətində işlər görür. Bu məqsədlə nəşriyyat ABŞ-nin “EBSCO” məlumat bazası ilə əməkdaşlığa başlayıb. Qurumlar arasında imzalanmış razılaşmaya əsasən, AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalı elmi tədqiqatlar və nəşrlər bazası olan “EBSCO”ya daxil edilib.[12]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.