Sınıq körpü döyüşüAzərbaycan Xalq Cümhuriyyəti qüvvələrinin və azərbaycanlı könüllü dəstələri ilə Sınıq körpü sərhəd məntəqəsinə hücum etmiş Gürcüstan Demokratik Respublikası hərbi qüvvələri arasında baş vermiş döyüş.[1]

Cəld faktlar Yeri, Nəticəsi ...
Sınıq körpü döyüşü
Azərbaycan Xalq Cümhuriyyətinin keçirdiyi döyüş əməliyyatları
Yeri Qazax, kiçik miqyasda da Şəki Zaqatala
Səbəbi Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrinin Bakını azad etməsinə mane olmaq.
Nəticəsi Azərbaycan qüvvələrinin qələbəsi
Ərazi dəyişikliyi Qazax, Şəki, Zaqatala
Münaqişə tərəfləri

Gürcüstan Demokratik Respublikası

Azərbaycan Xalq Cümhuriyyəti

Komandan(lar)

bilinmir

Səməd bəy Mehmandarov

Tərəflərin qüvvəsi

4.000 nəfər

1.500 nəfər

İtkilər

26 nəfər öldü 20 nəfər əsir düşdü

itkisiz

    Bağla

    Səbəb

    Qafqaz İslam OrdusuƏlahiddə Azərbaycan Korpusu qüvvələrinin sürətlə Bakıya doğru irəliləməsi bolşevik Rusiyasını təşvişə salmışdı. Rusiya ilə Almaniya arasında imzalanmış Brest-Litovsk sülh müqaviləsinə görə Cənubi Qafqaz Rusiyanın nüfuz dairəsi hesab edilirdi. Rusiya Osmanlı tərəfindən də imzalanmış müqavilənin Qafqaz İslam Ordusunun bura daxil olması ilə pozulduğunu iddia edirdi. Almaniya Rusiya ilə Bakı neftindən ona pay veriləcəyi barədə razılığa gəldikdən sonra, kəskin şəkildə neftə ehtiyac duyan, həmçinin də yenidən şərqdə ikinci cəbhənin açılmağını istəməyən Almaniya Osmanlını Bakının azad edilməsi fikrindən daşındıracağı öhdəliyini öz üzərinə götürdü.[2]

    Almaniya imperiyası XİN rəhbərliyi Osmanlı hərbiyyə naziri Ənvər paşaya göstərdikləri diplomatik təzyiqlərin bir nəticə vermədiyini gördükdən sonra fəaliyyətlərini daha da artırmaq qərarına gəldilər. Belə ki, artıq bu zaman Gürcüstan Demokratik Respublikası Almaniyanın rəsmən protektoratlığına daxil olmuşdu. Beləliklə, Almaniya OsmanlıAzərbaycan Xalq Cümhuriyyətinə göz dağı vermək üçün Gürcüstanı Azərbaycana hücum etməyə təhrik etdi.

    Döyüş

    Bakı Xalq Komissarları Soveti qoşunlarına qarşı gərgin döyüşlər aparan Qafqaz İslam OrdusuAzərbaycan Xalq Cümhuriyyəti qüvvələri Gürcüstan tərəfindən hərbi müdaxilə gözləmirdilər.

    Nuru paşanın raportuna görə, iyulun 27-də Azərbaycanın qərb sərhədlərindən həyəcanlı xəbərlər gəldi.[3] Azərbaycana müdaxilə etmək üçün imkan axtaran Almaniya hökuməti hərbi yola əl atmaq fikrinə düşmüşdü. Onun təhriki ilə Gürcüstan qoşunlarının bir neçə dəstəsi Azərbaycanın Qazax bölgəsində Sınıq körpü adlanan sərhəd məntəqəsinə hücum etdi. Orada gürcüalman bayraqları qaldırdılar. Türk zabitlərinin rəhbərliyi ilə Azərbaycan könüllülərindən ibarət dəstələr əks-zərbə endirərək gürcü dəstələrini qovdular. Döyüş nəticəsində gürcü tərəfdən 26 nəfər həlak oldu, 20 nəfər əsir götürüldü, 2 pulemyot ələ keçirildi.[4] ZaqatalaŞəki istiqamətində də sərhəddi pozmaq cəhdlərinin qarşısı qətiyyətlə alındı.[4]

    İstinadlar

    Həmçinin bax

    Wikiwand in your browser!

    Seamless Wikipedia browsing. On steroids.

    Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

    Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.