From Wikipedia, the free encyclopedia
Rtveli (gürc. რთველი) — Gürcüstanda üzüm məhsulunun yığımı ilə bağlı qədim bayram. Bu Qafqaz ölkəsində çaxır xüsusi əhəmiyyətə malikdir. Rtveli ənənəsi tarixi köklərə malikdir. Bolluq mənasında payızın ortasında qeyd edilir.[1]
Rtveli gürc. რთველი | |
---|---|
| |
Növ | ailəvi bayram |
Başlayır | sentyabrın sonu |
Bitir | oktyabrın ortaları |
Vikianbarda əlaqəli mediafayllar |
Bayram xüsusi bir tarixdə keçirilmir. Hər şey ölkənin müəyyən ərazilərində üzümün yığılma vaxtından asılıdır. Bu hadisə adətən şərqi Gürcüstanda sentyabrın sonunda, qərbi Gürcüstanda isə oktyabrın ortalarında baş verir. Bayram bir qədər soyuq ərazi hesab edilən Raça-Leçxumidə daha erkən başlayır. Kaxetiyada isə şaxtalar qabağı keçirilir. Yay nə qədər isti və quraqlıq şəraitində keçirsə, məhsul yığımı da bir o qədər tez başlayır. Məsələn, Gürcüstanda 2010-cu ilin qızmar yay ayından sonra üzüm yığımı həmişəki tarixdən iki həftə qabaq başlamışdı.[2]
Rtveli ailəvi bayram hesab olunur. Ənənəyə görə bayrama şərabçı ailəsinin bütün qohumları gəlirlər. Giləmeyvə yığılması prosesi səhər erkəndən axşama qədər uzanır. Üzüm ya böyük çənlərdə ayaqla əzilir, yaxud bunun üçün xüsusi şirəçəkənlərdən istifadə olunur. Sonra alınmış şirə nəhəng saxsı küplərə süzülür və torpağa basdırılır. Bu cür küplər kvevri adlanır. Şirə tökülməmişdən qabaq kvevridə qalmış keçən ilki çaxır boşaldılır və təmizlənir. Yeni çəkilmiş şirə kvevrinin içinə tökülür və lazım olan həddə çatması gözlənilir. Bir neçə gün sürən bayramın hər axşamı süfrə arxasında xalq mahnılarının, rəqslərin və çoxsəsli ifaların müşayiəti ilə keçirilir. Rtveli bayramı zamanı yeni məhsullar üçün qabları boşaltmaq məqsədilə keçən ilki çaxır təqdim olunur. Bayram bütün məhsul yığılıb qurtarana qədər bir neçə gün davam edir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.