From Wikipedia, the free encyclopedia
Roketsan müxtəlif təyinatlı raket tədqiqatı və istehsalına öndərlik etmək məqsədilə Müdafiə Sənayesi İcraiyyə Komitəsi tərəfindən 1988-ci ildə yaradılmış müdafiə sənayesi şirkətidir. Hal-hazırda Türkiyənin əsas raket istehsalı ilə məşğul olan şirkətdir. Ən yaxşı müdafiə sənayesi şirkətləri siyahısında 2018-ci ildə 96-cı yrdə qərarlaşıb. 2019-cu ildə isə daha da yuxarı pilləyə yüksəlmiş və 89-cu yerdə qərarlaşmışdır.
Roketsan | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Anonim şirkət[d] |
Sənaye |
Müdafiə Texnologiya |
Məhsulu | |
Təsis tarixi | 14 İyun 1988-ci il |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri | ▲ 2.5 milyard TL[1] (2019) |
Struktur | |
İşçi sayı | 3000 |
www.roketsan.com.tr | |
Vikianbarda əlaqəli mediafayllar |
Roketsan-ın hazırkı səhmdarları arasında Türkiyə Silahlı Qüvvələri Vəqfi (55,5%), ASELSAN (15%), Maşınqayırma və Kimya Sənayesi Müəssisəsi (15%), Vakıflar Bankası (10%), HAVELSAN (4,5%) var. Roketsan ən çox idarə olunan və idarə olunmayan raketləri, həmçinin Bora, Atmaca, Cirit, UMTAS və OMTAS kimi idarə olunan raketləri ilə tanınır. Şirkət həmçinin FIM-92 Stinger, Rapier və RIM-162 ESSM raketləri üçün alt sistemlər istehsal edir və digər inteqrasiya olunmuş mülki və hərbi platformalar üçün texnologiya və mühəndislik həlləri təqdim edir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.