Rieko Nakaqava
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Rieko Nakaqava (中川李枝子, Nakaqava Rieko?, 29 sentyabr 1935, Sapporo, Hokkaydo prefekturası, Yaponiya imperiyası – 14 oktyabr 2024[1], Tokio[1]) – Yaponiya uşaq yazıçısı. "Quri və Qura" şəkilli kitab seriyasının müəllifidir.
Rieko Nakaqava | |
---|---|
yap. 中川李枝子 | |
Doğum tarixi | 29 sentyabr 1935 |
Doğum yeri | |
Vəfat tarixi | 14 oktyabr 2024[1] (89 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | qocalıq[d][1] |
Fəaliyyəti | romançı, söz yazıçısı[d], mahnı yazarı[d], uşaq ədəbiyyatı yazıçısı, yazıçı |
Rieko Nakaqava 1935-ci ildə Yaponiyanın Hokkaydo prefekturasının Sapporo şəhərində doğulmuşdur. Uşaq bağçası müəllimi işlədiyi dövrdə yazıçılığa başlamışdır.[2]
1962-ci ildə "No No Uşaq bağçası" adlı ilk uşaq kitabını nəşr etdirmişdir. Kitab Şiqeru adlı uşaq bağçası oğlanının hekayələrindən bəhs edir. 1963-cü ildə əsas əsəri olan "Quri və Qura" kitab seriyası nəşr olunmağa başlamışdır. İki əkiz siçandan bəhs edən kitab 14 dilə tərcümə olunmuş və 13 ölkədə nəşr olunmuşdur. Kitab, xüsusilə, Çin və Cənubi Koreyada populyar olmuşdur.[2]
Nakaqava 1988-ci ildə "Studio Ghibli" tərəfindən istehsal olunmuş "Qonşum Totoro" anime filminin açılış mahnısı olan "Sanpo" (ingilis dilində adı "Hey Let's Go") mahnısını yazmışdır.[2]
Nakaqavanın kiçik bacısı və illüstrator Yuriko Yamavaki "Quri və Qura" və bacısının digər hekayələri üçün illüstrasiyalar çəkmişdir. Onlar uşaqlarda həssaslığın və təxəyyülün inkişafında verdikləri töhfələrə görə 2013-cü ildə Kikuçi Kan mükafatını qazanmışdırlar. Yamavaki 2022-ci ilin sentyabrında ölmüşdür.[2]
Nakaqava 14 oktyabr 2024-cü ildə Tokioda yerləşən bir xəstəxanada 89 yaşında ölmüşdür.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.