From Wikipedia, the free encyclopedia
Reytar (alm. reyter — "atlı") — XVI–XVII əsrlərdə Avropada muzdlu atlı alaylar. Müasirləri kirasirlərdən fərqli olaraq reytarlar əsasən odlu silaha üstünlük verirdilər.
Onların arsenalı bir neçə iri kalibrli tapançadan ibarət idi. Qılınc isə yardımçı səciyə daşıyırdı.
XVI əsrin 50-ci illərinin əvvəllərində reytarlar tamamilə soyuq silahdan imtina etdilər. Əvəzində odlu silahların sayı 3 dən beşə qədər artdı. Misal üçün kirasirlər ancaq bir cüt tapança daşıyırdılar. Tapançaların baha olması səbəbindən reytar xidmətinə daxil olanlara birdəfəlik əlavə ödənişlər edilirdi.
Rəqibləri də əsasən zirehli olduğundan reytarlar adətən düşmənə yaxın məsafədən atəş açırdılar. Rəqibə yaxınlaşmaq üçün yorğadan istifadə olunurdu, lakin əlverişli şəraitdə, əgər relyaf və intizam səviyəsi sıranın saxlanmasına imkan verirdisə, yüngülcə dördnala da çapırdılar. Odlu silahların doldurulması uzun vaxt apardığına görə, əsas taktiki fənd kimi, o zaman piyadaların arasında geniş yayılmış karakole taktikasından istifadə edirdilər. Belə ki, əskərlərin birinci cərgəsi yaylım atəşi verəndən sonra dərhal geriyə dönüb arxaya çəkilirdi və ən sonuncu cərgənin arxasına, silahları doldurmaq üçün, keçirdi. Həmin vaxt ikinci cərgə irəliyə çıxıb yeni yaylım atəşi açaraq eynən əvvəlki cərgənin hərəkətləri təkrar edirdi. Karakole üçün reytarlar, bir birinin ardınca hərəsi 20 atlıdan ibarət 10–15 sıraya düzülürdülər. Yaylım atəşindən sonra birinci cərgə iki hissəyə bölünürdü, bir hissəsi sağa arxaya, o biri hissəsi sola arxaya çəkilidilər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.