Raymond Ramazani Baya

From Wikipedia, the free encyclopedia

Raymond Ramazani Baya

Raymond Ramazani Baya (16 iyun 19431 yanvar 2019) — Konqo Demokratik Respublikası siyasətçisi. O, bir müddət ölkəsinin xarici işlər naziri olmuşdur.[2] Baya 23 iyul 2004-cü ildə vitse-prezident Jan-Pyer Bemba tərəfindən bu vəzifəyə təyin edilmiş və hökumət nəzdində fəaliyyət göstərməyə başlamışdır.

Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Raymond Ramazani Baya
Thumb
Şəxsi məlumatlar
Doğum tarixi 17 iyun 1943(1943-06-17)[1]
Doğum yeri
Vəfat tarixi 1 yanvar 2019(2019-01-01)[1] (75 yaşında)
Fəaliyyəti siyasətçi, diplomat
 Vikianbarda əlaqəli mediafayllar
Bağla

Bioqrafiyası

Ramazani prezident Mobutu Sese Sekonun hakimiyyəti dövründə bir çox vəzifədə çalışmışdır. O, bir müddət İnformasiya Naziri[3] və ölkəsinin Fransada səfiri kimi fəaliyyət göstərmişdir.[4]

Bir il sonra Mobutu devrildikdən sonra Ramazani Loran Kabilanın yeni hökumətində işləməkdən imtina etmişdir. O, mərkəzi Qbadolitdə yerləşən və Jan-Pyer Bembanın başçılıq etdiyi üsyançı qrup olan Konqo Azadlıq Hərəkatına qoşulmuşdur. 2003-cü ildə qrup digər üsyançı qruplarla birləşdi və Cozef Kabila hakimiyyətə gəldi. Bemba vitse-prezident oldu və o, digərləri arasından xarici işlər naziri seçmək hüququnu əldə etdi. Antuan Qonda xarici işlər naziri oldu. Bu müddətdə Ramazani Bembanın diplomatik əlaqələr üçün ən mühüm məsləhətçisi kimi çalışmışdır. 2004-cü ildə Qonda vəzifəsindən azad ediləndən sonra Ramazani yeni xarici işlər naziri təyin olundu. Onun səlahiyyəti 2007-ci ilin fevral ayında başa çatdı. O, Cozef Kabilanın ikinci dəfə prezidentliyi dövründə Baş nazir Antuan Gizenqa təyin olunduqdan sonra bu vəzifədən azad edilmişdir. Baya 1 yanvar 2019-cu ildə vəfat etmişdir.[5]

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.