Remove ads
From Wikipedia, the free encyclopedia
Raisa Soltanmuradovna Əhmədova (çeçencə:Раиса Солтамурадовна Ахматова, 30 dekabr 1928[1], Qroznı, RSFSR, SSRİ[1] – 29 yanvar 1992, Qroznı) — çeçen xalq şairəsi. Əhmədovanın şerləri dünya miqyasında etnik çeçenlər və inquşlar arasında məşhur olmuşdur. Ancaq rus qüvvələri Birinci Çeçen müharibəsi zamanı Çeçen Milli Arxivlərini yandırıdğı zaman bütün arxivi (600-dən çox material daxildir) yox edilmişdir. Əhmədova Native Republic (1958), Strike me in the Face, Wind (1959), Im coming to You (1960), Difficult Love (1963) ve Revelation (1964) şer topluları ilə məşhurlaşmışdır.[2]
13 dekabr 1928-ci ildə işçi sinfinə aid ailənin övladı olaraq dünyaya gəlmişdir. 1943-cü ildə Qroznı Pedoqoji Məktəbindən məzul olmuşdur. 1946-cı ildən 1956-cı ilə qədər ailəsi ilə birlikdə sürgündə olmuşdur. Bu sürgün zamanı bütün çeçen xalqı Stalin rejimi tərəfindən sürgünə məruz qalmışdı. Sürgündə olduğu Qazaxıstanda məktəb müəllimi kimi çalışmışmağa başlamışdır. 1958-ci ildə - sürgündən geri qayıtdıqdan sonra Ədəbiyyat İnistitutunda Ali Ədəbiyyat Kurslarına qəbul olmuşdur.[3]
Xeyli sayda kitabı nəşr edilmiş və ya dəfələrlə nəşr edilmişdir. "Çeçen-İnquş xalq şairi" adını alan yeganə qadın şairədir. Çeçen ədəbiyyatında ilk dəfə qadın qəhrəmanları cəmiyyəti həyatına aktiv rol olaraq qatılan fərdlər olaraq göstərmişdir. "Ən bahalı" silsilə əsərində Əhmədova ana vətən, sülh cə dostluq haqqında yazmışdır. Kitabları bir çox SSRİ xalqının dilinə nəşr edilmişdir və bundan əlavə hind, ingilis, fransız, latış və alman dillərinə tərcümə edilmişdir.
İctimai həyatda aktiv rol oynamışdır. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Yazıçılar İttifaqının (1961-1983) rəhbəri, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Ali Soveti (1963-1985) rəhbəri, CPSU XXII Konqresi nümayəndəsi, Dünya Ümumi Silahsızlanma və Sülh Konqresinin üzvü olmuşdur. Uzun illər Sovet Sülh Komitəsinin ən aktiv üzvlərindən biri olmuşdur. Həyatının son illərində Sovet Mədəniyyət Fondunun respublikaçı şöbəsinə rəhbərlik etmişdir.[4]
Bəzi araşdırmaçılar əsərlərinin bütün arxivinin Birinci Çeçen müharibəsi zamanı yox edildiyini irəli sürür.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.