Rafiq Əlizadə

From Wikipedia, the free encyclopedia

Rafiq Əlizadə

Rafiq Hüseyn oğlu Əlizadə[1] (19 fevral 1949,[2] Bakı, Azərbaycan SSR, SSRİ7 yanvar 2021, Moskva, Rusiya) — sovetAzərbaycan futbolçusu və məşqçisi, SSRİ idman ustası, Rusiya əməkdar məşqçisi.[3] Hücumçu mövqeyində çıxış edib.

Cəld faktlar Ümumi məlumatlar, Doğum tarixi ...
Rafiq Əlizadə
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (71 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Vətəndaşlığı SSRİ
Rusiya
Boyu 162
Çəkisi 60 kq
Mövqeyi hücumçu
Karyerası
Klub karyerası[* 1]
1966 Lokomotiv  ? (?)
1966—1972 Neftçi 68 (2)
1973—1974 Tiraspol ŞK  ? (?)
1975 Çernomorets 17 (1)
1976—1982 Neftçi 109 (5)
1989 Termist GOHM 8 (1)
Məşqçisi olduğu klublar
1988—1989 Termist GOHM
Təltif və medalları

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Bağla

Həyatı

Futbol

Rafiq Əlizadə "Neftçi" komandasının Olimpiya Ehtiyatları Respublika Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. Karyerasını 1966-cı ildə Bakının "Lokomotiv" komandasında başlayıb. Elə həmin il Bakının digər təmsilçisi "Neftçi"yə keçib. "Neftçi"nin heyətində ilk görüşünü SSRİ Kubokunun 1/16 final mərhələsi çərçivəsində Çelyabinskin "Lokomotiv" komandasına qarşı keçirib. Əlizadə 1968197319761982-ci illərdə formasını geyindiyi "Neftçi" komandasının heyətində ümumilikdə çempionat və Kubok oyunlarında 209 oyun keçirib, 13 qol vurub. 1973-cü ildə hərbi xidmətdə olan zaman "Tiraspol şəhərinin komandası"nın heyətində çıxış edib.

1975-ci ildə baş məşqçisi azərbaycanlı Əhməd Ələsgərov olan Odessanın "Çernomorets" komandasına keçib. Bu komandanın heyətində SSRİ yüksək liqasında 17 oyun keçirib, 1 qol vurub. Bundan əlavə o, 17 sentyabr 1975-ci ildə UEFA Kuboku çərçivəsində İtaliyanın "Latsio" komandasına qarşı keçirilmiş və Odessa təmsilçisinin 1-0 hesablı qələbəsi ilə başa çatmış oyunda 69 dəqiqə meydanda olub.[4] Bununla da Əlizadə, UEFA Kubokunda çıxış edən ilk azərbaycanlı kimi tarixə düşüb.[1]

1989-cu ildə — yeddi illik fasilədən sonra futbolçu karyerasını bərpa edib və "Termist GOHM"un heyətində SSRİ ikinci liqasında 8 oyun keçirib, 1 qol vurub.

Futzal

1991-ci ildə futzal üzrə SSRİ çempionatında Bakının "Neftçi" komandasının heyətində 4 oyun keçirib, 8 qol vurub. O, həmçinin futzal üzrə SSRİ yığmasının heyətində 2 görüş keçirib.[1]

1999-cu ildə tarixində ilk və hələ ki, sonuncu dəfə Avropa çempionluğunu qazanan futzal üzrə Rusiya yığmasının köməkçi məşqçisi olub.[1]

1992-2008-ci illər aralığında Rusiyanın "Dina" futzal klubunun idman direktoru,[5] 2010-2017-ci illər aralığında isə maddi-texniki təminat üzrə vitse-prezidenti olub.[6]

2019-cu ildə Rusiya mini-futbol Assosiasiyası tərəfindən "İşinə sədaqətə görə" medalı ilə təltif edilib.[7]

Şəxsi həyatı

Rafiq Əlizadə 1991-ci ildən Rusiyanın paytaxtı Moskva şəhərində yaşayır. İki övladı və 4 nəvəsi var.[1]

İstinadlar

Xarici keçidlər

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.