Rafael Məlik oğlu Dadaşov (4 yanvar 1946, Zaqatala16 mart 2020, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Azərbaycan Respublikasının xalq artisti (2006), "Şöhrət" ordeni laureatı (2019).

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Rafael Dadaşov
Thumb
Doğum tarixi
Doğum yeri Zaqatala, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Uşaqları Emil, Leyli, Səidə, Ayxan
Atası Məlik Dadaşov
Anası Sofa Hüseynova
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1972–2020
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı  — 2006 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1987
"Şöhrət" ordeni  — 2019
Bağla

Həyatı

Rafael Dadaşov 4 yanvar 1946-cı ildə Zaqatalada doğulub. O, 1972-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir[1].

Ailəsi

Aktyor Məlik DadaşovunSofa Hüseynovanın oğludur. Aktyor Salman Dadaşovun qardaşı oğludur.

Vəfatı

Aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki obstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Rafael Dadaşov 16 mart 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir[2].

Yaradıcılığı

Rafael Dadaşov 1976-cı ildən Akademik Milli Dram Teatrın aktyor truppasında çalışıb. Teatrın səhnəsində Zaur "Ümid" (M. İbrahimbəyov), Don Juan "Bəşərin komediyası, yaxud Don Juan" (M. İbrahimov), Klavdi "Hamlet" (Uilyam Şekspir), Klavdio "Heç nədən hay küy" (Uilyam Şekspir), Bəhram "Fitnə" (Abdulla Şaiq), Vojevatov və Paratov "Cehizsiz qız" (Aleksandr Ostrovski), Rövşən "Əliqulu evlənir" (Sabit Rəhman), Müstəntiq "İstintaq" (Rüstəm İbrahimbəyov), Birinci reportyor "Səhra yuxuları" (Anar), Knyaz Xasay "Xurşidbanu Natəvan" (İlyas Əfəndiyev), Qədim "Büllur sarayda" (İlyas Əfəndiyev), Cəmil "Unuda bilmirəm" (İlyas Əfəndiyev), Fikrət və Rəşad "Kimdir haqlı?" (Bəxtiyar Vahabzadə), Mirzə Fətəli "Mirzə Şəfi" (Nəbi Xəzri), Vasif "İblis" (Hüseyn Cavid), Qiyas "Şəhərin yay günləri" (Anar), Murad "Nakam qız" (A. Şirvanzadə), Fəxrəddin "Qılınc və qələm" (Məmməd Səid Ordubadi), Camal "Nişanlı qız" (Sabit Rəhman), Həsən Soltan "Şeyx Xiyabani" (İlyas Əfəndiyev), Mayis "Sevgililərin cəhənnəmdə vüsalı" (İlyas Əfəndiyev), Ədhəm Tağıyev "Dəlilər və ağıllılar" (İlyas Əfəndiyev), Mindövlət və Aydar "Sokratı anma gecəsi"("Eşşək dərisi üzərində məhkəmə") (Ç. Aytmatov və M. Şahanov), Tesey "Fedra" (J. Rasin), Özdəmir "Afət" (Hüseyn Cavid), Şeyx Nəsrullah "Ölülər" (Cəlil Məmmədquluzadə), Agah Əfəndi ("Qanlı Nigar", Sadıq Şəndil), Anton Antonoviç Skvoznik-Dmuxanovski ("Müfəttiş", Nikolay Qoqol) və s. maraqlı obrazlar aratmışdır[1].[3]

Rafael Dadaşov Azərbaycan Dövlət Televiziyasında hazırlanmış çoxlu tamaşaların iştirakçısı olmuşdur. Həmin teletamaşalar içərisində Anarın "Ötən ilin son gecəsi" (Rüstəm), K. Holdoninin "Mehmanxana sahibəsi" (Sinyor Kavaler), Aslan Qəhrəmanovun "Bağışla" və "Səndən xəbərsiz" (Vasif müəllim), Ruhəngiz Qasımovanın "Yollar görüşəndə " (Həmid), Hüseyn Cavidin "Topal Teymur" (Orxan), Üzeyir Hacıbəyovun "Ordan-burdan" (Həmid), İlyas Əfəndiyevin "Mənim günahım" (Sahib), İslam Səfərlinin "Göz həkimi" (Rauf), A. Rafın "İblis qadın" (Şef) və s. oynadığı obrazlar daha yaddaqalan və uğurlu olmuşdur[1].

Aktyor "Var olun qızlar" (İsa), "Yarımçıq qalmış serenada" (Saksofonçu), "Bəxt üzüyü" (Rasim), "Mənim ağ şəhərim" (Baş mühəndis) bədii, "Qaçaq Süleyman" (Qraf Vorontsov) televiziya filmlərinə çəkilmişdir[1].

Mükafatları

Filmoqrafiya

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.