From Wikipedia, the free encyclopedia
Rüqəyya binti Məhəmməd (ərəb. رقية بنت محمد, 598[1][1] və ya 601, Məkkə[1][1][…] – 14 mart 624, Mədinə) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı.
Rüqəyya Məhəmmədin təxminən 33 yaşı olanda anadan olmuşdur. Hələ atasının peyğəmbərlik missiyasına başlamamışdan əvvəl o, Əbu Ləhəbin oğlu Utbə ilə nişanlanmışdır. Məhəmmədin xütbələri başlayandan sonra Əbu Ləhəb oğlunun nikah müqaviləsini ləğv etməkdə israr edir, bundan sonra Məhəmməd qızını Osman ibn Əffana ərə verir.
Osmanla birlikdə Rüqəyya Efiopiyaya mühacirət etmişdir. Orada rəvayətlərə görə 6 yaşında vəfat edən oğlu Abdullanı dünyaya gətirir. Efiopiyadan Məkkəyə qayıdaraq Mədinəyə hicrət edir.
Bədr döyüşü ərəfəsində Ruüqəyya ağır xəstələnir və peyğəmbər Osmanın xəstə arvadının yanında qalmasına icazə verir. O, müsəlmanların qələbəsi xəbəri Mədinəyə çatdıqdan sonra vəfat etmişdir. O, Məscidül-Nəbi yaxınlığındakı Bəqi qəbiristanlığında dəfn edilib. Rüqəyyanın vəfatından sonra Məhəmməd peyğəmbər ikinci qızı Ümmü Gülsümü Osmana ərə vermişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.