Quruş
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Quruş — Dağıstanın Doqquzpara rayonunda kənd. Yaşayış məskəni kimi Quruş kəndi onun tərkibində tək formalaşmışdır.[1]
Kənd | |
Quruş | |
---|---|
ru/Куруш | |
41°16′51″ şm. e. 47°49′48″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Region | Dağıstan |
Rayon | Doqquzpara rayonu |
Tarixi və coğrafiyası | |
Əvvəlki adı | Kaler |
Mərkəzin hündürlüyü | 2560 m |
Saat qurşağı | UTC+3 |
Əhalisi | |
Əhalisi | 787 nəfər (2019) |
Milli tərkibi | ləzgi |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 368684 |
Digər | |
kurushar.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Quruş kəndi Şalbuzdağ dağının cənub-şərq yamacında, Usuxçay vadisində, Usuxçay kəndindən 17 km cənub-qərbdə yerləşir.
2002-ci ildə kənd əhalisinin sayı 804 nəfər, 2012-ci ildə isə 816 nəfər olmuşdur. Son illər kənd əhalisinin sayında eniş müşahidə olunur və bu ilə olan məlumata görə Quruş kəndində 787 nəfər yaşayır.[2] Quruş kəndinin əhalisi tarixən iki nəsl şaxəsinə bölünür - tuxumlar (türkcə) və ya uymaxlar (ləzgicə): Xaytakar, Qilevar, Tetesar, Falakar, Kızırar, Kirtar, Misriyar, Zanqavar, Avurar, Kuldurar, Xebeşar, Çuvallar. Kənd bir neçə məhəlləyə bölünür: Paqvay kiler, Vene kiler, Kirtar və Kamavaybur.
1886-cı ildə Quruş kəndində 718 həyət və 4761 nəfər var idi. Əhalinin 2536 nəfəri kişi, 2225 nəfəri isə qadın idi. 71451 baş qoyun, 1767 at və 2189 baş iri buynuzu heyavan mövcud idi. Kənd ərazisində 12 dəyirman fəaliyyət göstərirdi. Əhalinin içində 41 toxucu, 2 rəngsaz, bir ayaqqabçı, 4 dülgər, 8 musiqiçi var idi. Quruşlular tarixən qoyunçuluqla, maldarlıqla, əkinçiliklə məşğul olmuş. Quruşlular həm özləri üçün, həm də satmaq üçün xalça, palaz, pendir, yağ və s. hazırlayırdılar. 1907-ci ildə Quruşda 90 min qoyun və keçi var idi.[3] 1920-ci ildə Quruşda savadsızlığı aradan qaldırmaq üçün xüsusi məntəqə açılmış. Sonralar onun bazasında ikisinifli məktəb yaradıldı. 1924-cü ildə isə beşsinifli məktəb fəaliyyətə başlamış. 1930-cu ildə artıq Qruşda yeddisinifli məktəb mövcud idi. 1931-ci ildə Qruşda ilk kolxoz yaradıldı. Böyük Vətən müharibəsi illərində kəntdən müharibəyə 570 nəfər getmiş və onlardan 325 nəfər müharibədə həlak olmuş.[4]
1952-ci ildə kənd əhalisinin böyük qismi Xasavyurt rayonunun Quruş kəndinə (Yeni Quruş) köçmüş. Azərbaycan Respublikasının Elenovka, Ahəd, Aqyazı, Səfərbinə kəndlərinin əhalisinin böyük qismi Quruşdan köçüb gələnlərdi.
Quruş Şimali Qafqazda, Rusiyada və Avropada (əyər Avropa və Asiya arasında olan sərhəd Qafqaz dağlarından keçərsə) ən hündür yaşayış məskəni hesab olunur.[5][6]. Hündürlüyü dəniz səviyyəsindən 2560 metrdir[7]. Bundan başqa Quruş ölkənin ən cənubda yerləşən yaşayış məntəqəsi hesab olunur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.