Qumul
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Qumul (şəhər) (uyğurca:uyğ. قۇمۇل , Qumul, K̡umul, çincə:çin. sadə. 哈密市 ; pinyin: Hāmì shì) Sincan-Uyğur Xalq Muxtar Rayonunun cənubunda İpək Yolunun Təkləməkan şimal-şərq marşrutu üzərində yerləşən tarixi vahə şəhəridir. Qumul Çində məşhur Hami qovunları ilə tanınır.[2]>[3]
Qumul | |
---|---|
42°49′50″ şm. e. 93°30′19″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 760 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +86 902 |
Poçt indeksi | 839000 |
Nəqliyyat kodu | 新L |
Digər | |
xjhm.gov.cn | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhərə verilmiş digər adlar bunlardır: Ha-mi-hsien, Komul, Chamil, Ha-mi-cheng-chen, Kamil, Ha-mi-chen, Qomul, Kumul, Khamil, Koumoul, Ha-mi-shih, Qumul və Kha - mil.
Portuqaliyalı Yezit Benedikt Qoes və italyan Matteo Ricci 1615-ci ildə səyahətləri zamanıbu şəhərin adını öz qeydlərində Camul olaraq qeyd etmişlər. Ən qədim təsdiqlənmiş Çincə adı Kūnmò (昆莫)-dir. Şəhər Han sülaləsi dövrünə aid qeydlərdə Yīwú (伊吾) və ya Yīwúlú (伊吾卢); Tan sülaləsi dövründə Yīzhōu (伊州); Yuan sülaləsi dövründə monqolca Qamil, Çin transliterasiyasında Hāmìlì (哈密力), Min sülaləsi dövründə Qumul, Hāmì (哈密) kimi tanınırdı.
Burada Tunc dövrünə və ya erkən Dəmir dövrünə aid Yanbulaq mədəniyyətinə (焉不拉克古墓群; Yanbulake gumuqun və ya 焉不拉克墓地; Yanbulake mudi) aid Yanbulaq qəbirləri var. Həmçinin, qədim Buddist məbədinin xarabalıqları Baiyang He çayının qərb sahilində, Baiyanqou cun kəndində yerləşir.
Yuan sülaləsi dövründə Qumullu tarixçi Qanqlı Tutu, məşhur tərcüməçi Bilənnaşil, yüksək rütbəli sərkərdə Tabil kimi şəxslər uyğur tarixində çox mühüm iz qoyublar.
1697-1930-cu illərdə hökmranlıq edən doqquz müsəlman xanlarından yeddinci və doqquzuncu xanlarının ziyarətgahları Qumul şəhərindən orta hesabla bir kilometr cənub-qərbdədir.
Turfan kimi Qumul şəhəri də dəniz səviyyəsindən orta hesabla 200 metr aşağıdadır. İqlimi çox müxtəlifdir. Belə ki, yay vaxtı ən yüksək istilik 43 °C, qış aylarında isə havanın tempraturu -32 °C-ə çatır.
Araşdırmaya görə, Sincan Muxtar Bölgəsi və Qumulda 27 növ qarpız yetişir ki, bunlardan ən əhəmiyyətlisi ağ və qara qarpızlardır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.