From Wikipedia, the free encyclopedia
Qrenadin — alkoqolsuz içkidir. Qırmızı rəngli şirin siropdur. Ən çox kokteyllərdə istifadə edilir. Bəzən, qrenadinə alkoqol əlavə edirlər. Bu zaman alkoqol içki likör yaranır. Qrenadindən bəzi alkoqollu içkilər — pivə və tekila növləri hazırlanır. Qrenadin ənənəvi olaraq nardan əldə edilir.
Qrenadin fransızca grenade — nar və latınca grānātum — toxumlu sözlərindən götürülmüşdür. Qrenadin əvvəllər nar şirəsi, şəkər və sudan hazırlanırdı.[1]
Qrenadin ümumiyyətlə həm müasir, həm də klassik kokteylləri qarışdırmaq üçün istifadə olunur. Belçikada o, bəzən Trappist və ya gueuze kimi müəyyən pivələrə əlavə edilir. Qrenadin həmçinin Roy Roqers, çəhrayı limonad və Şirley Templ kokteylləri kimi bəzi alkoqolsuz içkilərin məşhur tərkib hissəsidir. Sadəcə bir qabda soyuq su və ya soda ilə, bəzən buzla qarışdırılır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.