From Wikipedia, the free encyclopedia
Qrafik dizayn hər hansı bir məlumatı müəyyən bir hədəf kütləsinə çatdırmaq məqsədilə mətbəə, fotoqrafiya və illustrasiyadan istifadə edərək loqo, afişa, bilbord, baner, mətbuat elanı, qablaşdırma, kitab, jurnal, reklam filmi, çizgi film kimi dizaynları bədii ölçülər daxilində yazılı və vizual elementlərlə dizayn edən visual ünsiyyət və problemlərin həlli prosesidir.[1] Qrafik dizaynerlər fikir və ideyalarını vizual yolla təqdim etmək üçün simvolları, şəkil və mətnləri kombinasiya edirlər.
Qrafik dizayn tarix boyu müxtəlif formalarda tətbiq edilmişdir, qədim Çin, Misir və Yunanıstandakı əlyazmalar qrafik dizaynın keçmiş formasının bariz nümunələrdir. XV əsrdə çap və kitab istehsalı inkişaf etdikcə sonrakı dövrlərdə müxtəlif yeni yazı tipləri və kompozisyalarla qrafik dizaynda da irəliləyişlər oldu. XIX əsrdə sənaye inqilabı yeni texnologiya və ticarət imkanları yaratdı və nəhayət, XIX əsrin sonu XX əsrin əvvəllərində reklam agentlikləri, kitab naşirləri və jurnallar məzmuna uyğun bir ifadə yaratmaq üçün ünsiyyətin bütün vizual elementlərini təşkil edən art direkotrlar işə götürdülər. Nəhayət, 1922-ci ildə tipoqraf William A. Dwiggins inkişaf etməkdə olan sahəni müəyyənləşdirən bir qrafik dizayn hazırladı. XX əsrdə dizayn üçün bədii və kommersiya imkanlarının mümkünlüyü, dizaynerlər üçün mövcud olan texnologiya qrafik dizayn sahəsini daha da inkişaf etdirdi.[2]
Qrafik dizaynerlər bir çox sahələrdə işləyirlər, lakin bəzi sahələr vardır ki, bu sahənin inkişafında qrafik diaynerlərin rolu birinci dərəcəlidir. İnternet və çap dünyasında ixtisaslı qrafik dizaynerlərə böyük imkanlar var və bu sahələr iqtisadiyyatın ən sabit və ənənəvi sektorlarıdır.[3] Bu sahələr:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.