Qorqan (Füzuli)

Füzuli rayonunda kənd From Wikipedia, the free encyclopedia

Qorqan (Füzuli)map

QorqanAzərbaycan Respublikasının Füzuli rayonunun Yuxarı Seyidəhmədli kənd inzibati ərazi dairəsində kənd.[1] Qorqan fars sözüdür və canavarlar mənasını daşıyır.

Cəld faktlar Ölkə, Region ...
Qorqan
Thumb
39°33′35″ şm. e. 47°16′53″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Füzuli rayonu
Rayon Füzuli rayonu
Başçı Alı Alıyev
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Thumb
Qorqan
Qorqan
Thumb
Qorqan
Qorqan
 Vikianbarda əlaqəli mediafayllar
Bağla

Tarixi

Hacılı icmasına qatılan şenliklərdən biri də Qorqan obasıdır. Bəylərbəyilik dönəmində Qorqan qışlaq olub. 1727-ci ilə bağlı Osmanlı qaynağında Qorqan qışlağı ilə bağlı bilgi var. Xanlıq dönəmində qışlaq Hacılı icmasının qoyun yatağı idi.

1870-ci ildə praporşik Almurad bəy Məmmədhüseyn oğlu qohum-əqrəbası ilə bu yurda köçdü. XIX əsrin sonlarında Qorqan qışlağının yiyəsi praporşik Cümşüd bəy Almurad bəy oğlu idi. Qoqan kəndi sovet dövründə həm ayrıca kolxoz, həm də sovxoz kimi fəaliyyət göstərib. Yuxarı Seyidəhmətli, Qorqan və Aşağı Aybasanlıdan ibarət "Mübariz" kolxozu yaradılmışdı. Daha sonra isə əhalinin təkidi ilə "Mübariz" kolxozu iki yerə parçalandı və Qorqanla Aşağı Aybasanlı kəndlərində "Moskva" kolxozu quruldu. İlk sədr Şahalı Vəliyev seçildi. Sonralar həmin kolxoz yenə də ləğv olundu və "Mübariz" kolxozu ilə birləşdirildi. 1992-ci ildə isə bir daha son dəfə ayrıldı və "Qələbə" kolxozu yaradıldı. Kənd camaatı öz xeyirxalqlıgı və qonaqpərvərliyi ilə həmişə rayonda seçilib. Qorqan kəndinin gəncləri də Qarabağ müharibəsi zamanı öz igidliyi ilə fərqləniblər. Qarabağ müharibəsində şəhid olanlardan Murad Almuradovu, Tacəddin Aslanovu və Mais Hüseynovu göstərmək olar.

2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.

Toponimikası

Düzənlik ərazidədir. Bəzi alimlərin fikrincə, oykonim monqolların tərkibindəki kurkan/kurikan türk tayfasının adını əks etdirir.[2]

Mədəniyyəti

Qorqan kəndinin coxlu sayda müsiqiçiləri və mədəniyyət işçiləri var. Bunlardan Azərbaycan Respublikasınin Əməkdar Mədəniyyət işçisi kino rejissor Çingüz Həsənov musiqiçilər Raqub Tağıyev, Mərkəz Abıyev, Sevindik Həsənov, Rasim Nəsirov, Osman Rüstəmov, rəhmətlik Aşır Tağıyev, Güloğlan Qarayev, Rza Rzayev və Xəyal Əvəzlini göstərmək olar.


Əhalisi

Kənd işğal olmamışdan əvvəl 850 nəfər əhalisi olub.

İqtisadiyyatı

Üzümçülük, dənli bitkilərin əkilməsi, heyvandarlıq və quşçuluq.

İstinadlar

Xarici keçidlər

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.