Remove ads
Füzuli rayonunda kənd From Wikipedia, the free encyclopedia
Aşağı Aybasanlı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Aşağı Aybasanlı | |
---|---|
39°33′ şm. e. 47°15′ ş. u.HGYO | |
Ölkə | |
Region | Füzuli rayonu |
Rayon | Füzuli rayonu |
Başçı | Alı Alıyev |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Nəqliyyat kodu | 19 |
Hacılı camaatı Cavanşir elinin böyük qollarından biridir. XVIII yüzildə Yağləvənd oymağının Gecəgözlü, Seyidəhmədli qolları, elin digər oymağı Köçərlinin bir budağı olan Mahmudlunun birləçməsi nəticəsində yaranıb. Bu camaat Qarabağ xanlığının yaranmasında fəal iştirak edib. XIX yüzildə Hacılı camaatına Gecəgözlü, Seyidəhmədli, Mahmudlu, Aybasanlı, Mirzəcamallı, Şıxılı, Comərdli və Sarılar obaları daxil idi. XIX yüzilin ortasında Mahmudlu obasının yeni qolları meydana gəldi. Bunlar Hüseynbəyli və Ələsgərli obaları idilər. Aybasanlı obasından isə Qorqan şenliyi əmələ gəldi. Hacılı camaatı Rus-İran savaşlarında fəal iştirak etmişdi. Bu cammatdan xeyli tanınmış şəxs çıxıb.
1823-cü ilə bağlı rus qaynağında Hacılı icmasına bağlı olan obalardan biri olan Aybasanlı, eləcə də Seyidəhmədli, Qorqan, Şükürbəyli Mirzəcamallı, Gecəgözlü, Ələsgərli obalarına aid ayrıca bilgi yoxdur. Olan bilgilər yalnız Hacılı icması haqqındadır. Sonrakı 1842, 1849, 1863, 1873, 1886-cı illərdəki Aybasanlıi obasına aid olan bilgilərdə də onun Aşağı və ya Yuxarı olduğu göstərilmir. Həmin vaxtlar hər iki kənd bir yerdə – Aşağı Aybasanlının yerləşdiyi ərazidə imiş. Sonralar rayon mərkəzinə yaxın olmaq üçün bir çox ailələr ora köçmüş, orada məskunlaşmış və beləliklə də Yuxarı Aybasanlı kəndi yaranmışdır. Təsadüfü deyildir ki, indinin özündə də hər iki kəndən olan çox yaxın qohumlar vardır.
Aybasanlı obası Hacılı camaatına aid olan şenliklərdəndir. XVIII yüzildə Cavanşir elinin Yağləvənd, Gecəgözlü, Seyidəhmədli oymaqlarına bağlı olan ailələr tərəfindən təşkil olunub. Aybasanlı obası 1823-cü ildə Hacılı camaatının tərkibində qeyd olunub.1842-ci ildə 15 tüstüdən ibarət idi. 1848-ci ildə bu obada 19 tüstü yaşayırdı. 1863-cü ildə yaylağa 21 tüstüdən ibarət bir oba getmişdi. 1873-cü ildə qışlaqda 23 tüstü əyləşmişdi. 1886-cı ildə oba 27 tüstü ilə qeyd olunmuşdu.
1993-cü ildən 2020-ci ilədək Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. Təxminən 200–250 evdən ibarət idi.
Bəzi mənbələrdə Ayıbasan kimi də verilir. Oykonim ayı (heyvan adı), basan (yenən, qalib gələn, məğlub edən) və -lı (şək.) komponentlərindən düzəlib. 1980-ci ilə qədər Ermənistanda Ayıbasan adlı kənd olmuşdur. Sonralar bu kəndi ermənilər Marqahovit adlandırmışlar. Yəqin ki, Ayıbasanlı kəndində məskunlaşmış əhali Ermənistandan köçüb gəlmişdir. Ayıbasan "ayını məğlub edən" və ya "ayının çox olduğu yer" deməkdir. Ayıbasanlı isə "Ayıbasan kəndindən gələnlər" mənasına uyğundur. Hal-hazırda Ayıbasanlı kəndi Yuxarı və Aşağı Ayıbasanlı adı ilə iki kəndə ayrılmışdır.[1]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.