From Wikipedia, the free encyclopedia
Qonza[a] (ゴンザ?) və Soza[b] (ソウザ?) – gəmi qəzası nəticəsində Rusiyaya çatmış iki yapon. Onlar Sankt-Peterburqa aparılaraq Rusiya imperatriçası Anna İvanovna ilə görüşmüş, yapon dili məktəbində ruslara yapon dilini tədris etmişdirlər.
Soza | |
---|---|
Digər adı | Kozma Şults (rus. Козьма Шульц) |
Doğum tarixi | naməlum |
Vəfat tarixi | |
Fəaliyyəti | tacir, müəllim, tərcüməçi |
Qonza və Soza 1729-cu ildə şoquna dəyərli mallar və gümüş aparan, Satsumadan yola düşən "Vakaşima" gəmisinin sərnişinləri idilər. Qonza tacir, Soza isə gəmi pilotu idi. Gəmi qəzaya uğrayaq Kamçatka yarımadasının cənub-şərqində yerləşən Avaça körfəzinin sahilinə çatmışdır. Gəmi heyəti kamçadalların hücumundan qurtulsalar da, kazaklarla qarşılaşmışdırlar.[3] Yerli kazak lideri Andrey Ştinnikovun əmri ilə kazaklar yaponlara atəş açaraq 15 nəfəri qətlə yetirmiş,[4] ancaq Qonza və Soza qətliamdan sağ çıxa bilmişdirlər. Onlar İrkutska çataraq bu hadisə haqqında məruzə vermişdirlər. Qətliamın səbəbkarı olan Ştinnikov həbs olunmuş və yaponların iştirakı ilə asılaraq edam olunmuşdur.[3]
Qonza və Soza əvvəlcə Moskvaya, daha sonra Sankt-Peterburqa göndərilmiş və 1733-cü ildə İmperatriça Anna ilə görüşmüşdürlər.[5] Qonza Damian Pomortsyev, Soza isə Kozma Şults adını götürmüşdür.[3] 1735-ci ildə pravoslavlığı qəbul edən Qoza və Soza Aleksandr Nevski monastırında rus dilini öyrənmiş və yapon dilini öyrətmişdirlər.[4][5] Onlar 1736-cı ildə İmperatriça Annanın göstərişi ilə Peterburq Elmlər Akademiyasında yaradılmış yapon dili məktəbində müəllim kimi işləməyə başlamışdırlar. Bu, Avropada ilk belə məktəb idi.[2] Sankt-Peterburq qarnizonundan olan əsgərlərin iki oğlu Andrey Fenyev və Pyotr Şenanıkin onların şagirdləri təyin olunmuşdurlar.[4] Soza 1736-cı ilin axırında ölmüş, Qonza müəllimliyə davam etmişdir.[5]
Qonza rus dilində səlis danışmağı öyrənsə də, Yaponiyanı 11 yaşında tərk etdiyi üçün yapon dilində yazı bacarıqları zəif olmuşdur.[2] Buna səbəbdən yapon dilini öyrətmək üçün Satsuma dialektində hazırladığı yazı materialları kiril qrafikasında tərtib olunmuşdur.[4] O, 1738-ci ildə kitabxanaçı Andrey Boqdanov ilə birlikdə yeni slavyan-yapon lüğətini tərtib etmişdir.[1][5] 1739-cu ildə daha üç nəfər onun şagirdi təyin olunmuşdur. Qonzanın 1739-cu ilin dekabrındakı ölümündən sonra məktəbin rəhbəri Boqdanov olmuş, Fenyev və Şenanıkinə rəsmi tərcüməçi statusu verilmişdir.[4] Onlar 1742-ci ildə Yaponiyaya göndərilmiş Rusiya ekspedisiyasında yapon dili tərcüməçiləri kimi iştirak etmişdirlər.[1] Sankt-Peterbuqdakı yapon dili məktəbi 1754-cü ildə İrkutska köçürülmüşdür.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.