Qloriya portiki
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Qloriya portiki (qalis. Pórtico da Gloria) — Qalisiyada yerləşən Santiaqo de Kompostela kafedralının girişində heykəllərlə bəzədilmiş tarixi portik.
Qloriya portiki | |
---|---|
Pórtico da Gloria | |
42°52′49″ şm. e. 8°32′42″ q. u.HGYO | |
Ölkə | İspaniya |
Şəhər | Santiaqo de Kampostela |
Yerləşir | La-Korunya, Qalisiya |
Memar | Master Mateo |
Sifarişçi | II Fernando |
Tikilmə tarixi | 1168-1188 |
Üslubu | Roman memarlığı |
Vəziyyəti | muzey |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Portik roman memarlığı üslubundadır. Roman üslubundakı heykəllər ən möhtəşəm əsərlərdən biridir. 3 kəmərdən ibarətdir. Orta sevinci təmsil edir və üzərində İsanın dirilişindən bəhs edən heykəl vardır. Sol tərəf yəhudiləri, sağ tərəf son qərarı təmsil edir.
1168-ci ildə Qalisiya və Leon kralı II Fernando Santiaqo de Kompostela kafedralının girişində portik tikilməsi haqqında göstəriş vermişdir. Portik daş ustası Mateo tərəfindən emalatxanasında roman memarlığı üslubunda hazırlanmışdır. Tikilməsi 1188-ci ildə başa çatmışdır.
Heykəllər üzərində boyama işləri aparılmışdır. XV və XVI əsrlərdə portik yenidən bərpa edilmişdir. 1651-ci ildə Krispin Evelino 130 dukat ödəyərək heykəlləri təmir etmişdir. Zaman içində heykəllər üzərində boya qalxmışdır.[1]
XVIII əsrdə portik muzeyə yerləşdirilmişdir. Mütəxəssislərin fikrincə bu portikin hazırlanmasında Mateodan başqa daha 4 memar iştirak etmişdir.
1866-cı ildə Britaniya muzeyində boyama işləri zamanı bəzi rəsmlərin zərər gördüyü məlum olmuşdur. 2006-cı ildə bərpa işləri zamanı bu rəsmlərin orijinal vəziyyətinə qaytarılmışdır.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.