From Wikipedia, the free encyclopedia
Qiymət indeksi (ing. Price index) — müəyyən zaman müddətində və ərazidə (ölkə, region) verilmiş əmtəə və xidmətlərin qiymətindəki orta dəyişikliyi əks etdirən göstəricidir. Bu statistik göstəricinin yaradılmasında səbəb müxtəlif regionlarda və dövrlərdə qiymətlər arasındakı əlaqəni müəyyən etməkdir. Hazırda Qiymət indekslərindən çox geniş istifadə edilir. Bu indekslər vasitəsi ilə iqtisadiyyatdakı qiymətlərin ümumi səviyyəsi və yaşayış xərcləri müəyyən edilir və gələcək investisiyalar qiymətləndirilir. Həmçinin, daha xüsusi qiymət indeksləri vasitəsilə istehsalçılar hər hansı sektorda planlamalar və qiymət siyasəti həyata keçirirlər.[1] Qiymət indeksləri əsas iki növü var:
İstehlakçı qiymət indeksi ən yaxından izlənən qiymət indeksidir. İstehlakçı qiymət indeksi (Consumer Price İndex) istehlak üçün alınan bütün məhsul və xidmətlərin ümumi qiymətinin ölçüsüdür. Hər ay Dövlət Statistika Komitəsi tərəfindən bu indeks hesablanır.[2]. Hesablandıqdan sonra yeni index əvvəlki dövrün indeksi ilə müqayisə edilir və inflyasiya dərəcəsi hesablanır[3].
IQI- İstehlakçı Qiymət İndeksi.
İqtisadçılar indiki qiymətlərlə hesablanmış ÜDM-a nominal ÜDM deyilllər. Bu həmin il ölkə daxilində istehsal olunan bütün son məhsulun dəyərini göstərir. İqtisadi artımı qiymətləndirmək üçün isə bu göstəricini əvvəlki dövrlərlə müqayisə edirlər. Bu zaman bir məsələ ortaya çıxır ki, bəs bütün məhsulların qiyməti 2 dəfə artıbsa, bu da ölkədəki istehsalın 2 dəfə artdığı hesab olunmalıdırmı? İqtisadçıların cavabı “Xeyr”dir. Bunun qarşısın almaq üçün isə Real ÜDM göstəricisindən istifadə olunur. Bu zaman ÜDM indiki yox, baza dövrünün qiymətləri ilə hesablanır. ÜDM deflyatoru isə ölkə daxilində istehsal olunan bütün son istehlak məhsullarının qiymətindəki dəyişikliyi əks etdirir. ÜDM deflyatoru aşağıdakı kimi hesablanır.[4]
İstehlakçı Qiymət İndeksini(İQİ) ÜDM Deflyatorundan fərqləndirən 3 məqam var[5]:
İqtisadçılar əmtəə və ximətlərin baza həcmi ilə hesablanmış qiymət indekslərini Laspeyres İndeksi, dəyişən həcmi ilə hesablanmış qiymət indekslərini isə Paaşe İndeksi adlandırırlar. Sabit əmtəə səbətinə malik indeksə Laspeyres, dəyişkən əmtəə səbətinə malik indeksı isə Paaşe indeksi adlanır.
Laspeyres İndeksi:
Paaşe indeksi:
Hansı indeksinin qiymətlərin dəyişməsinin yaşayış səviyyəsinə təsirini daha yaxşı əks etdirdiyini müəyyənləşdirmək mümkün deyildir. Əgər bir məhsulun qiyməti yüsələrsə, istehlakçılar onu almaq əvəzinə oxşar digər məhsulu da ala bilərlər. Belə olan halda onlar həmin məhsuldan faydalana bilməsələrdə, bu faydanı digər məhsulla müəyyən qədər bərpa edə bilərlər. Yəni, qiymət dəyişikliyi baş verdiyi vaxt məhsullara olan tələbdə fərqlilik yaranır və istehlakçıların aldıqları məhsul səbətində dəyişiklik olur. Əgər qiymət dəyişikliyini Laspeyres indeksi ilə hesablasaq biz bu amili nəzərə almamış olarıq və istehlakçıların faydasındakı azalmanı şişirdərik [6].
Paaşe indeksi ilə hesabladıqda isə, dəyişmiş səbətdəki məhsulların miqdarı əsasında qiymət dəyişikliyini hesablamış olarıq. Bu da bahalaşmış və növbəti dəfə daha az alınan məhsulun qiymət dəyişikliyini zəif əks etdirər. Nəticə etibarı ilə qiymət yüksəlməsinin gətirdiyi mənfi effekti azaldar. Bir misalla bunu izah edək. İstehlakçıların yalnız alma və armud aldıqlarını fərz edək. Ötən il almanın qiyməti 2 manat, armudun qiyməti isə 3 manat olub. Satılan alma və armudun miqdarı müvafiq olaraq 5 kq və 4 kq olub. Bu il isə almanın qiyməti kəskin artaraq 5 manata yüksəlir. Armudun qiyməti isə sabit qalır. Bu zaman istehlakçılar alma alma əvəzinə armuda üstünlük verirlər. 2 kq alma və 7 kq armud satılır. İndi isə qiymət indekslərini hesablayaq.
Laspeyres və Paaşe indekslərinin fərqlərini azaltmaq üçün Fişer indeksindən istifadə edilir.
Yuxarıda göstərilən misala Fişer İndeksini tətbiq etsək aşağıdakı nəticəni alarıq:
Amma burada belə, qiymət dəyişikliyinin istehlakçıların rifahına təsirini dəqiq müəyyən etmək mümkün deyildir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.