From Wikipedia, the free encyclopedia
Qaraqoyunlu - İrəvan quberniyasının İrəvan qəzasında (sonra Vedi rayonunda) kənd adı[1][2]. Digər adı Çığın Qaraqoyunlu[3]. Yə'ni "Çiqini kəndi yaxınlığındakı Qaraqoyunlu". 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.
Tarixi İrəvan quberniyası əraziləri | |
İrəvan qəzası | |
---|---|
1922-ci ildən sonra əhalinin bir hissəsi geri qayıdaraq ermənilərlə qarışıq yaşamağa başlamışlar. 1949-cu ildə kəndin azərbaycanlı əhalisi Azərbaycana köçürülmüşdür. XVII əsrin əvvəllərinə aid ermənicə mənbədə[4][5] kəndin həm də Yolkəsən adlandığı qeyd olunmuşdur[6]. 1728-ci ilə aid arxiv sənədində isə göstərilir ki, kəndin adı həm də "Nəhri-Yolkəsən"dir ki, bu da kanalın tranzit yolunu kəsməsi ilə əlaqədardır.
Kəndin adı XIII-XV əsrlərdə Ön Asiyanın və Cənubi Qafqazın siyasi həyatında mühüm rol oynamış Qaraqoyunlu tayfa birləşməsinin adını əks etdirir. XIII əsrdə İraqda və Anadoluda məskunlaşmış türkmənşəli Qaraqoyunlu tayfası 1410-1468-ci illərdə Kürdən cənubda Azərbaycanlı, İndiki Ermənistan ərazisini, Ərəb İraqını və qismən Gürcüstanı əhatə etmiş dövlət qurumu yaratmışdır. Mənbələrdə qaraqoyunluların hacılı, ağacəri, bayramlı, əyinli, duhanlı, alpout, qaramanlu, baxarlu və b. tayfalardan ibarət olması göstərilir. XIX əsrdə Cənubi Qafqazda Qaraqoyunlu adlı 16 kənd vardı[1] [7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.