Remove ads
From Wikipedia, the free encyclopedia
Qaraqalpaqıstan (qaraqal. Qaraqalpaqstan; özb. Qoraqalpogʻiston) və ya rəsmi olaraq Qaraqalpaqıstan Respublikası (qaraqal. Qaraqalpaqstan Respublikası; özb. Qoraqalpogʻiston Respublikasi) – Özbəkistan Respublikasının tərkibində muxtar respublika. Qaraqalpaqıstan Özbəkistanın şimal-qərbində yerləşir. Paytaxtı və ən böyük şəhəri Nukus şəhəri, ümumi sahəsi 166,600 kvadrat kilometrdir. Qaraqalpaqıstan 14 inzibati rayona bölünmüşdür. Muxtar respublikanın 12 şəhəri və 25 şəhər tipli qəsəbəsi vardır.
Qaraqalpaqıstan | |
---|---|
Qaraqalpaqstan Respublikası Qoraqalpog'iston Respublikasi | |
43°02′24″ şm. e. 58°51′36″ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Nukus |
Yuxarı Kenesin sədri | Murad Kamalov |
Nazirlər Şurasının sədri | Qəhrəman Səriyev |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Hündürlük | 41 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | UZ-QR |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Qaraqalpaqıstan torpaqları cənub-şərqdə Özbəkistan, cənubda Türkmənistan, qərb, şimal və şərqdə Qazaxıstanla əhatə olunub. Qaraqalpaqıstan tarixi Xarəzm torpaqları üzərində qurulmuşdur. Bu torpaqlar Aral gölünə tökülən Amudəryanın (Ceyhun) deltası ilə iki tərəfdəki ərazidən yaranmışdır. Aral gölü Qaraqalpaqıstanla Qazaxıstan arasında paylaşılmışdır. Qaraqalpaqıstan Respublikası Qızılqum çölünün qərbini, Amudərya deltasını və Üstyurd yaylasının cənub-şərq hissəsini əhatə edir. Qızılqum səhrası qum təpələriylə dolu çox geniş bir sahədir. Çölün cənubunda Sultan-Ulzdağ dağları uzanır (ən yüksək təpəsi 473 m).
Qaraqalpaq Respublikasının paytaxtı ölkənin siyasi, iqtisadi və mədəni mərkəzi olan Nukus şəhəridir. Ən önəmli şəhərləri Törtkül, Çimbay, Xocaylı, Moynak, Kongrat, Biruni və Taxta Köprüdür. SSRİ dövründə də Tahiataş, Şumanay, Karauzyak, Leninabad, Akmangit, Bustanlik, Komsomolsk, Üstürte, Karatav kimi yeni şəhərlər qurulmuşdur. Sahəsi 164.900 km² olub, əhali sıxlığı hər km²-ə 8.3 adamdır.[1]
Qaraqalpaqıstanda quru iqlim hökm sürür. Yağışlar çox azdır. İllik istilik təqribən 10–13 °C təşkil edir. Mövsümlər və gecə ilə gündüz arasındakı istilik fərqi böyükdür. Tipik bitki örtüyü step və bozqırlardan ibarətdir. Amur-Dərya deltasında isə Aralıq dənizi bitkiləri yetişir.
Qaraqalpaq türklərinin 92%-i Qaraqalpaqıstan Respublikasında yaşayır. Bundan başqa Özbəkistanın Xarəzm və Fərqanə bölgələri, Türkmənistanın Daşoğuz bölgəsi, Qazaxıstanın bəzi bölgələri və Rusiya Federasiyasının Həştərxan bölgələrində də Qaraqalpaq Birliyi vardır. Əfqanıstanda 2000 nəfər və İranda bir neçə min qaraqalpaq olduğu zənn edilməkdədir.
Qaraqalpaq türkləri, əsilləri etibarilə X–XII əsrlərdə yaşayan peçeneqlərin nəvələridir. Tarixi mənbələrdə "Qara Külahlılar" və ya yalnız "Külahlılar" adı ilə keçir. XII–XIII əsrlərdə Qıpçaqlarla birlikdə Monqollara tabe olmuşlar. Qaraqalpaq türkləri qədim rus mənbələrində "Çorniye klobuki", ərəb mənbələrində "Qarabörklü" adlarıyla xatırlanırlar. Rus mənbələrinə görə, Qaraqalpaqlar Uzlar, Peçeneqlər və Xəzərlər ilə qardaş bir qövmdür. Rəvayətə görə, Qaraqalpaqların bir qismi XI əsrdə Səlcuqluların cənub və qərbə doğru reallaşdırdıqları yayılma hərəkətinə qatılmış, əksəriyyəti isə Aral Dənizi ətrafında qalmışlar.
Qaraqalpaq türkləri 1722–1740-cı illər arasında qonşu xalqların hücumlarına qarşı Pyotrdan dəfələrlə kömək istəmiş, ancaq heç bir dəstək gəlməmişdir. Yenə 1722–1744-cü illərdə bir neçə dəfə Yayın (Ural) çayı kənarındakı Rus şəhərinə hücum etmişlər. Hətta Samariyaya qədər getmişlər. 1863-cü ildə Buxarada olan Vambery "köhnə zamanda Nogayların sultanının Qaraqalpaqlardan olduğunu" eşitmişdir.
1917-ci il qiyamından sonra Qaraqalpaqlar 1918-ci ildə elan edilən Türküstan Muxtar Respublikasına daxil edildilər. 1920-ci ildə Xivə xanlığı tamamilə Rusiyanın hakimiyyətinə girmiş, beləcə burada olan digər Qaraqalpaqlar da Rus hakimiyyətini qəbul etmişlər. 1924-cü ildə bura Sovetlər Birliyinə daxil edildi. 11 may 1925-ci ildə Rusiya Federasiyası içində yaradılan Qazax Sovet Sosialist Respublikasının bir muxtar bölgəsi halına gətirilmiş, ancaq bu muxtar bölgə 20 mart 1932-ci ildə Qazaxıstandan ayrılaraq Rusiya Federasiyasına bağlı Qaraqalpaq Muxtar Respublikasına çevrilmişdi. 5 dekabr 1936-cı ildə SSRİ Konstitusiyasına görə, Özbəkistana təhvil verildi. 6 iyun 1990-cı ildə Özbək SSR Ali Soveti tərəfindən "Hakimiyyət Fərmanı" qəbul edildi. 31 avqust 1991-ci ildə Özbək soveti müstəqillik qərarı aldı və noyabr 1991-ci ildə Qaraqalpaqıstan, Özbəkistana bağlı olmaq şərtilə, öz suverenliyini elan etdi. 1 Sentyabr tarixi Özbəkistan ilə birlikdə Qaraqalpaqıstanda da Müstəqillik Bayramı kimi qeyd edilir. Bu gün Qaraqalpaqıstan Özbəkistana bağlı muxtar bir respublikadır.
Qaraqalpaq dili qıpçaq qrupunun qıpçaq-noqay as bölümünə daxildir. Səs və tələffüz xüsusiyyətləri baxımından bu cəhətlər ön plana çıxır. Yazı dili bütün Türküstan əhalisinin XIX əsrin sonuna qədər müştərək istifadə etdikləri türkcədir. Danışıq dilləri qazax və qırğızcaya çox yaxındır.
Qaraqalpaq yazı dili Qaraqalpaqıstanın qurulması (1925) ilə başlayır. Qaraqalpaq şivəsi şimal-şərqi və cənub-qərbi olmaq üzrə əsas iki ağıza bölünməkdədir. Bir-birindən çox fərqli olmayan bu iki ağızdan başqa, Qaraqalpaqıstan hüdudları boyunca, qaraqalpaq-qazax, qaraqalpaq-türkmən və qaraqalpaq-özbək qarışıq ağızları vardır. Qaraqalpaq dili noqayca və qazaxcaya çox yaxındır. Qaraqalpaq dili ilk dəfə Sovet dövründə yazı dili halına gəlmiş və əvvəl ərəb hərflərinə söykənən bir əlifba inkişaf etdirilmişdir.
Qaraqalpaqlar sünni Hənəfi məzhəbindəndirlər. İslam dinini nə vaxt qəbul etdikləri tam olaraq bilinmir. Ancaq ehtimalla, fərqli bir etnik qrup kimi ortaya çıxdıqları X və XIII əsrlər arasında qəbul etmişlər. Qaraqalpaqlar dindarlıqları ilə məşhurdur. Rus araşdırmaçıları da Qaraqalpaqların Orta Asiyada yaşayan türklər arasında dininə ən çox bağlı bir birlik olduqlarını təsbit etmişlər. Nəqşibəndi, Kübrəvi, Yəsəvi və Kalender təriqətləri bölgədə olduqca təsirlidir.
Region xalqı ilə ən güclü əlaqə yaradan təriqət Kübrəviliktir. Qurucusu Nəcməddin-i Kübradır (1145–1221-ci illər). Kübrəviyə təriqətində müəyyən bir şiə nüfuzu da söz mövzusudur. Qaraqalpaqıstanda təsəvvüf hələ təsirlidir. 1914-cü ildə 553 məscid olmasına baxmayaraq, indiki vaxtda bu məscidlərdən çoxu qalmamışdır. Nukus, Törtkül, Hocaeli və Çimbayda çoxlu məscidlər mövcuddur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.