From Wikipedia, the free encyclopedia
Qaraqaş və ya Qaraagas tatarları – Qafqazdan Volqa deltasına köç edib, oraya yerləşmiş noğay tayfalarına daxil olan türk boyu.[1] Şiə müsəlman olan Qaraqaş tatarları Qaraağaç noğayları olaraq da adlandırılırlar.
Bu məqalə Qaraqaşlar səhifəsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.
Son dövrlərdə xeyli sayda Qaraqaş tatarları müxtəlif etnoslar arasında assimiliyasiya olmuşdurlar. Onları həmçinin, regiondakı digər türk soylu etnoslardan fərqləndirən onların dini kimlikləridir. Belə ki, Qaraqaş tatarları şiə müsəlmandırlar.
Azərbaycandakı xeyli sayda olan Qaraqaş yer adlarının bu tayfa ilə əlaqəli olduğu güman edilir.
Noğayların bu qrupu əsasən Həştərxan civarlarında yaşamaqdadırlar. Bu qrup uzun müddət Kazan tatarları hesab edilmişdirlər. Lakin danışdıqları şivənin Kazan tatarlarından xeyli fərqli olduğu aşkar ortadadır. Uzun müddət Kazan tatarlarının mədəni, siyasi təsirlərinə məruz qalıblar. Lakin son dövrlərdə fərqli milli şüurları formalaşmaqdadır.[2]
Qaraqaş noğaylar XVI əsrdə Noğay Ordadan ayrılan Kiçik Noğay Ordasının nəvələridirlər, XVI əsrin ortalarında Şimali Qafqazdakı digər noğaylardan ayrılaraq Volqa-Ural bölgəsinə çəkildilər. XVI əsrdən XVIII əsrinəvvəllərinə qədər buralarda yaşadılar. XVIII əsrin əvvəllərində Qaraqaş tatarları Kalmukların təsiri altında idilər. XVIII əsrin ikinci yarısında isə Kalmuk xanlığının bir parçası idilər. 1771-ci ildə Kalmukların Çunqariyaya geri dönmələrindən sonra Qaraqaş tatarları da Həştərxan ətraflarına yerləşmişlər. Onların dili türkoloq Leonid S. Arslanovun apardığı araşdırmalara görə, Qaraqaş noğay ləhcəsidir.[3] Xarici görünüş baxımından Avropa görünüşlü insanlardır, daha çox açıq rəngli, qəhvə rəngli saça malikdirlər. Çox zaman uzun boylu olurlar. Milli oyunları daha çox Qafqaz noğaylarına bənzəməkdədir.
Kalım deyilən və olduqca yüksək məbləğdə olan başlıq parası adəti Qaraqaş noğayları çətin vəziyyətə salmaqdadır. Buna görə də, kənardan evlənmələr geniş hal almışdır. Əvvəllər Kazan tatarları və qazaxlar evlənmək üçün daha üstün tutulsalar da, indilər də digər Qafqaz noğayları ilə ailə həyatı qurmağı üstün tuturlar.
Şılavuş adını verdikləri top şapkaları, beşmet adını verdikləri paltarları vardır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.