From Wikipedia, the free encyclopedia
Qaradağlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.
Tarixi Azərbaycan əraziləri | |
Qəmərli | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Qərbi Azərbaycan |
Bölgə | Gərnibasar mahalı |
Əsası qoyulub | 1831[1] |
İndiki adı | MRKAVAN |
Sahəsi |
|
Əhalisi |
|
Saat qurşağı | |
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir. Kənddə tarixən azərbaycanlılar yaşamışdır, ermənilər kəndə 1828-1830 - cu illərdə İrandan köçürülmüşdür[4][5].
Toponim böyük türk tayfası qızılbaşlardan olan qaradağlı tayfasının adı[6] əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Tsaxkaşen, 20.X.1967-ci 11 fərmanı ilə yenə də dəyişdirilərək, Mrqavet qoyulmuşdur. (1935-ci ildən DZAXKAŞEN, 1967-ci ildən MRKAVAN) Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 10 km şimal-qərbda, Yerevan-Artaşat yolu üstündə azərbaycanlılar yaşamış kənd[7].
Kənddə 1831-ci ildə 128 nəfər, 1873-cü ildə 331 nəfər, 1886-cı ildə 286 nəfər, 1897-ci ildə 364 nəfər, 1919-cu ildə 360 nəfər azərbaycanlı yaşamışdır[8]. 1919-cu ilin axırlarında azərbaycanlılar soyqırıma məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 152 nəfər, 1926-cı ildə 163 nəfər, 1931-ci ildə 105 nəfər azərbaycanlı yaşamışdır[8]. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1953-cü illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunaraq Azərbaycana köçürülmüşdür. İndi burada yalnız ermənilər yaşayır[9].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.