Qalagah — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Cəld faktlar Ölkə, Rayon ...
Bağla
Rustov kəndinin keçmiş Qalagah məhəlləsi əsasında yaranmışdır. Yerli təlləffüz forması “Qələgə”dir. Kəndin ərazisində Qalaye-Suarun (Suvarlar qalası) və Qələ-Ələmun (Ələmlər qalası) adlı qədim qala xarabalıqları qalmışdır.
- Qalagah oyk., miir.
- Şabran r-nunun Kuybışevkənd i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli tələffüz formaları Qalagə, Qələyədir. Kəndin adı yaxınlıqdakı qala xarabalığının adı ilə əlaqədardır; İsmayıllı r-nunun eyniadlı i.ə.v.-də kənd. Acınohur ön dağlığındadır. Bu oykonim, çox güman ki, kəndin erazisində V-VI əsrlərə aid olan və xarabalıqları yerli əhali arasında Qız qalası adlandırılan qəd. qalanın adı ilə bağlıdır;
- Quba r-nunun Rustov i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Rustov kəndinin keçmiş Qalagah məhəlləsi əsasında yaranmışdır. Yerli tələffiız forması “Qalagə”- dir. Kəndin ərazisində Qalaye-Suarun (Suvar- lar qalası) və Qələ-Ələmun (Ələmlər qalası) adlı qədim qala xarabalıqları qalmışdır. Gah komponenti yerli şivələrdə gəh Və gə variantlarında işlədilir. Mənşəcə İran dillərinə məxsus olan gah ünsürü həmin dillərdə (xüsusilə qəd. və orta fars dillərində) “yer, məkan”, “vaxt”, “taxt-tac” mənaları daşıyan müstəqil söz kimi işlənmişdir. Müasir İran dillərində isə gah söz-şəkilçi funksiyasını yerinə yetirir. Linqvistik və ckstralinqvistik faktlar göstərir ki, bu yolla yaranmış mürək¬kəb oykönimlər Azərbaycan toponimlər sistemində qədim yaşayış məntəqəsi adlarındandır. Onlar “gah”ın həm İran, həm də türk dillərində məhz müstəqil leksik vahid kimi işləndiyi dövrlərdə meydana gəlmişdir. Həm də toponimlərin tərkibindəki bu formant başqa mənalarda deyil, məhz “yer, məkan” menasında işlənmişdir. Topoformantm incə semantik çalarına diqqət edildikdə məlum olur ki, onda “yer, məkan” mənası ilə yanaşı, “kənd, yaşayış yeri, yaşayış məskəni” çaları daha güclüdür. Bu cəhətdən onun keçmişdə, əsasən oykonim yaradan formant kimi işlən¬diyini qəbul etmək olar. Gah komponentli oykonimlər Azərb.-nın şm.-ş. və c.-ş. zona¬ları üçün səciyyəvidir. Oykonimlər qala və tat dilində məkan bildirən gə sözlərindən ibarət olub, “qala olan yer, qala yeri” məna¬sındadır.[1]
- SSRİ dövründə burada Alban dövründən qalma saxsı qablar və bəzək əşyaları tapılmışdır.