From Wikipedia, the free encyclopedia
Qaf dağı — bir çox xalqların mifologiyasında yer alan əfsanəvi dağ.
Qədim İran əsatirilərində Simurq adlı mövhumi quşun yaşadığı yerdir. Simurq quşu Qaf dağında yaşayan böyük, xeyirxahlıq rəmzi, həyat ağacını yerə gətirən, gözəllik simvolu bir quşdur. Bir versiyaya görə Qaf dağı, Qafqaz dağları hesab olunur. Digər bir versiyaya görə bütün xalqların mifoloji süjetində Simurq quşunun yuvasının Qaf dağında olmasının səbəbi, Nuhun gəmisinin Qaf dağında quruya təmas etməsi ilə bağlıdır. Nuhun gəmisi harada quruya oturmuşdursa həyat, o cümlədən, od da oradan paylanmalıdır. Belə olan halda, Simurq quşunun yuvası da Qaf dağı olmalıdır və dağ Ağrı dağı ilə eyniləşdirilir. Daha bir versiyaya görə isə Qaf dağının Elbrus dağı olması ehtimal olunur.
Azərbaycan ərazisində yerləşən Eldənizlər sülaləsinin vəliəhdlərinin böyük müəllimi, Əbubəkr ibn Xosrov əl-Ustadın "Munisnamə"[lower-alpha 1] əsərində Qaf dağı haqqında yazılanlar atəşpərəstlərin Alburuz Dünya Dağına aid təsəvvürlərini tamamlayır. Kainatın başlanğıcı, çoxsaylı başqa dünyalara gedən yollar da Qaf dağında göstərilir.Hətta Azərbaycan mifoloji təsəvvürlərindən (xüsusilə də Səməndər quşu) fərqli olaraq "Munisnamə"də dünya qırx qatlı təsvir edilir.[lower-alpha 2]
Əbubəkr ibn Xosrov əl-Ustad "Munisnamə"-sində yazır:
Əsatir qoruyucularının bəziləri söyləyirlər ki, Qaf ancaq xrizolitdən[lower-alpha 3] ibarətdir və dünya üzərindəki göy ona görə mavidir ki, onda xrizolit-dağ əks olunur. Yer üzünün bütün torpaqları ora bağlanır. Kainatın düz ortasında yerləşdiyi üçün dünya onun zirvəsindən noxud boyda görünür. Qaf dağı mavi zümrüddən yaradılıb. Dünyanın bütün damarları Qaf dağının hamisi - qoruyucusu Hərkayılın əlində cəmləşir. Dünyada elə bir şəhər, kənd, vilayət, ölkə, guşə yoxdur ki, yeraltı damarları ilə Qaf dağlarına bağlanmasın. Allahın hansı ölkəyə qəzəbi tutsa, Hərkayıl onun su damarlarını kəsir, nəmliyin qarşısı alınır, orada quraqlıq və fəlakət baş alıb gedirdi. Bütün bulaqlar, arxlar, çaylar quruyur, bitkilər, otlar susuzluqdan məhv olurdu. Zəlzələnin də baş verməsinə səbəb tanrının insanlara qəzəbidir. Hərkayıl ulu Allahdan əmr alan kimi, adamları qorxutmaq məqsədilə o diyarın Qafdakı damarlarını bərk-bərk silkələyir, nəticədə yerin altı üstünə çevrilir, ya da yer yarılıb, bütün canlıları udur. Hərkayıl deyirdi: «Tanrının buyruğu olsa, Qaf dağından keçən bütün damarlara küy vuraram, dünya cəhənnəm tək canlıların başına daralar. Lakin Yaradanın qayğısı ilə çoxlarının qulluğunda dururam, böyük günah işlədənlərin isə yaşadıqları ərazilərin damarlarını burub, onları min cür əziyyətə düçar edirəm» |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.