From Wikipedia, the free encyclopedia
Qaçaq Camal — Tanınmış bəy və qaçaq. Qeyri adi fiziki gücü, sərrast atəş açma, at minmə və şeir yazma qabiliyyətləri ilə ad-san qazanmışdır.
Qaçaq Camal | |
---|---|
Camal Usub oğlu Hacıyev | |
Doğum tarixi | |
Doğum yeri | Fəxralı, Goranboy, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Fəxralı, Goranboy rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Camal Usub oğlu Hacıyev (Qaçaq Camal) 1883-cü ildə Faxralı kəndində anadan olmuşdur. Qeyri adi fiziki gücü, sərrast atəş açmaq, at minməyi və şeir yazmağı var idi. O, qoçaqlığı və mərdliyi ilə Gəncəbasarda və uzaq ellərdə böyük ad-sana malik olmuşdur. Deyilənlərə görə Gəncə Karvansarayına bir Ləzgi pəhləvan gəlibmiş və burada bir çox pəhləvanlara meydan oxuyurmuş. Bu haqda eşidən Camal yaylaqdan enib pəhləvanla şavaşmaq qərarını verib. Savaş meydanı düzənlənib və ləzgi pəhləvan bu zaman Camala lağda edib ki, belə cələf adam mənə nə edəcək. Savaş başlayan kimi Camal əllərini pəhləvanın qabırğalarına keçirərək onu yerə sərib və oranı sakit halda tərk edib. Camal hər zaman fağır- füqarəyə arxa dayaq olarmış. Haqqı nahaqqa verməzmiş. Kasıb-kusuba zülm edənlərə qarşı daim mübarizə aparıb. Sovet hökuməti yarananda hökumətə qarşı qeyri-radikal münasibətdə olmasına baxmayaraq Camal hökumət tərəfindən edilən haqsızlıqların qarşısını alıb. Camalın vaxtında Faxralılar heç bir təzyiqə məruz qalmayıblar. Qaçaq Məmmədqasımla, Patavalı Hüseynlə, Qandal Nağı ilə, Teymur Quliyevlə və zamanının bir çox qaçaqları ilə dostluğu olub. Çörəkli, qonaqpərvər kişi imiş, Camal. Hətta Qaçaq Nəbi İrana səfər edərkən Fəxralı kəndində Qaçaq Camalın qonağı olub. Həmin vaxt igidlər arasında xayatı (müəyyən məsafədə ağ və qara saplardan hazırlanmış nişan alma yeri) yarışı keçrilib və bu yarışın qalibi sərrast atıcı Fəxralı Camal olub. Camalın şöhrəti getdikcə artdığından, bir çoxlarının ona qarşı qısqanclığı da artıb. Ona görə onu öldürmək qərarına gəliblər. Camalı üzbəüz öldürmək mümkün olmadığından, 1931-ci ildə onun atını oğurlayaraq ona tələ qurublar. Atının dalınca dəstə üzərinə tək gedən Camalı, atışma zamanı arxadan namərdcəsinə güllə ilə vurublar. Aldığı güllə yarasından Camal yerindəcə vəfat edib. XX əsrin əvvəllərində adı dillər əzbəri olan Fəxralı Camal Faxralı kənd qəbristanlığında dəfn edilib.[1] Qaçaq Camal öldürüldükdən sonra onun mülkü üzun illər məktəb, klub və idarə binası kimi istifadə edilib. Onun şücaətini həvəskar şair Əlövsət Sadıqov Fəxralı adlı şeirində qeyd etmişdir:
Aləmə səs saldı Camal qaqası, Kişilər kişisi, igidlər xası, Qaçaq Kərəm qonaq oldu bu yerdə |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.