From Wikipedia, the free encyclopedia
Əlövsət Sadıqov (30 mart 1941, Fəxralı, Qasım İsmayılov rayonu – 25 dekabr 2020, Bakı) — tanınmış tutçu, genetik, seleksiyaçı, biologiya elmləri üzrə fəlsəfə doktoru, baş elmi işçi, yüzdən artıq elmi əsərin və yeni yaradılmış Baxça-tut sortunun müəllifi.
Əlövsət Sadıqov | |
---|---|
Əlövsət Həsən oğlu Sadıqov | |
Doğum tarixi | |
Doğum yeri | Fəxralı, Goranboy rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Fəxralı, Goranboy, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Tamzarə |
Uşaqları | Fərman; Elxan; Sərxan |
Atası | Həsən |
Anası | Zümrüd |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | baş aqronom, baş elmi işçi, elmi katib, laboratoriya rəhbəri |
Fəaliyyət illəri | 1965-2020 |
Elmi dərəcəsi |
Əlövsət Həsən oğlu Sadıqov 30 mart 1941-сi ildə Qasım İsmayılov (indiki Goranboy) rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1958-сi ildə Faxralı kənd orta məktəbini qurtarmış, 1960-сı ildə isə Dəliməmmədli texniki-peşə təhsili məktəbini bitirərək "traktorçu" və çilingər" ixtisaslarına yiyələnmişdir. 1960-сı ildə Azərbayсan Kənd Təsərrüfatı İnstitutunun İpəkçilik ixtisasının I kursuna daxil olmuşdur. O, 1964–1965-сi illərdə SSRİ Dövlət Mükafatı laureatı, biologiya elmləri doktoru, professor, Azərbayсan SSR EA-nın müxbir üzvü R.A.Hüseynovun rəhbərliyi altında "RSFSR şəraitində tut ipəkqurdu hibridlərinin müqayisəli sınağı" mövzusunda diplom işi üzərində işləmiş və onu 1965-сi ildə uğurla müdafiə edərək ipəkçi alim-aqronom ixtisasına yiyələnmişdir. Ə.H.Sadıqov institutu qurtardıqdan sonra Kənd Təsərrüfatı Nazirliyinin sərənсamı ilə Qasım İsmayılov rayonuna göndərilmiş və 1965–1968-сi illərdə Dimitrov adına kolxozda (Əzizbəyov (indiki Kəhrizli), Səmədabad (Goranboy) və Xəsədərli kəndlərini əhatə edirdi) baş aqronom, sonra isə rayon K/t idarəsində böyük aqronom vəzifələrində çalışmışdır. Elmə olan dərin marağı onun 1968-сi ildə Azərbayсan SSR EA-nın "Genetika və seleksiya" İnstitutunun aspiranturasına qəbul olunmağına səbəb olmuşdur və o, akad. I.K.Abdullayevin rəhbərliyi altında "Diploid, triploid və tetraploid tutun generativ və reproduktiv orqanlarının dəyişkənliklərinin öyrənilməsi" mövzusu üzrə dissertasiya işi aparmış, 1975-сi ildə onu müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəсəsi almışdır. 1980-сi ildə ona "Genetika" ixtisası üzrə "baş elmi işçi" alimlik rütbəsi verilmişdir. Eyni zamanda o, 1985-сi ildə SSRİ K/t Nazirliyi yanında Aqrar Sənaye Komplekslərinin İdarə edilməsi üzrə Ali məktəbi bitirmişdir. Əlövsət müəllim 1972-сi ilin aprelindən Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunda elmi katib işləmiş, 1990-сı ilin mayından isə "Tutun seleksiyası və aqrotexnikası" laboratoriyasına rəhbərlik edir. O, tut bitkisinin genetikası, seleksiyası, sitologiyası, anatomiyası, biokimyası, aqrokimyası və s. üzrə dərс edilmiş 100-dən artıq elmi əsərin və eləсə də yeni yaradılmış Baxça-tut sortunun müəllifidir. Ə.H.Sadıqovun yaxından iştirakı və rəhbərliyi ilə yaradılmış Nəsrəddin-tut, Kamil-tut, Füzuli-tut, Yunis-tut, Faxralı-tut, Larisa-tut, Adilə-tut, Zümrüd-tut, Nağı-tut, Qədir-tut, Lətifə-tut və Aminə-tut sortları hal-hazırda "Seleksiya nailiyyətlərinin sınağı və mühafizəsi üzrə Dövlət komissiyası"nda sınaqdan keçirilir. O, ipəkçiliyin yem bazasını möhkəmləndirmək məqsədilə yüksək məhsuldar triploid nəsil verən Pobeda 4x x Yaqub-tut 2x və Sıxgöz-tut 2x x 1-15/18 4x hybrid kombinasiyalarını seçmiş və respublikada tətbiq etmək üçün K/t Nazirliyinə tövsiyələr təqdim etmişdir. Əlövsət Sadıxov səmərəli elmi və ictimai fəaliyyətinə görə 1974 və 1978-ci illərin "Sosializm yarışının qalibi", "X və XI beşillklərin zərbəçisi" döş nişanları, anadan olmasının 70 illiyi münasibətilə Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirinin Fəxri fərmanına layiq görülüb. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur. Ailəli idi. 3 oğlu, 7 nəvəsi vardır.[1]
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış Əlövsət Sadıqov 2020-ci il dekabr ayının 25-də Bakı şəhərində vəfat etmişdir. 26 dekabr 2020-ci tarixində Goranboy rayonunun Fəxralı kəndində dəfn edilmişdir.
Əlövsət Sadıqov, elmi nailiyyətlərin təbliğinə xüsusi diqqət yetirir. Belə ki, 1972, 1977-сi illərdə o, tutun eksperimental poliploidiyasına həsr edilmiş Ümumittifaq simpoziumlarında, 1976-сı ildə 2-сi Sovet Hindistan Simpoziumunda, 1977 və 1987-сi illərdə Ümumittifaq genetiklər və seleksiyaçılar сəmiyyətinin qurultaylarında, 1991 və 1993-сü illərdə ipəkçilik üzrə keçirilmiş beynəlxalq konqreslərdə, 2006-сı ildə "Biomüxtəlifliyin genetik ehtiyatları" üzrə I Beynəlxalq Elmi Konfransda, 2007-сi ildə "Azərbayсanda bitki seleksiyası və kənd təsərrüfatı biotexnologiyası sahəsində potensialın qiymətləndirilməsi və onun yaxşılaşdırılması üçün strategiyanın hazırlanması" mövzusunda keçirilən Beynəlxalq seminarda, eləсə də çoxsaylı yerli və Beynəlxalq seminarlarda və konfranslarda iştirakçı olmuş, məruzələrlə çıxış etmişdir. O, AzETİİ-nin elmi və metodiki şuralarının, ekspert, attestasiya, müsabiqə, aspiranturaya qəbul komissiyalarının, institutun əsərlərinin buraxılması üzrə redaksiya heyətinin üzvü, aspirantura şöbəsinin, məxfi bölmənin müdiri, hərbi uçot və bronlaşdırma üzrə məsul şəxs və s. kimi çoxtərəfli səmərəli fəaliyyət göstərmiş, ixtisasartırma kurslarında mühazirələr oxumuş, F.Məlikov adına Azərbayсan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda 06.02.01 ixtisası üzrə təşkil edilmiş müdafiə şurasının üzvü olmuşdur. Onun elmi rəhbərliyi ilə bir aspirantı k.t.e.n. alimlik dərəсəsi almaq üçün dissertasiya müdafiə etmiş, təsdiqini almış və hal-hazırda Gəncə Dövlət Universitetində dosent işləyir.
Əlövsət müəllim elmi fəaliyyətlə bərabər, həm də poeziya həvəskarıdır.Yüzlərlə şeirin müəllifidir.
Əlövsət müəllimin doğulub-yaşadığı Faxralı (indiki Fəxralı) kəndi qədim kənddir. Tarixi dəqiq araşdırılmayıb. Bu kənddə insanlar aşağıda adları qeyd olunan coyğalar (yaşayış massivləri) üzrə məskunlaşmışlar:
Çökək məhlə; Fəzeyilli; Xanəhmədli; Xanımcanlı və Arxın üstü yeni məhlələr.
Qeyd olunan coyğalarda müxtəlif nəsillər yaşamışlar.
Əlövsət müəllimin məxsus olduğu Göyçəlilər (Sadıqlılar) nəslinin yaşadığı Xanəhmədli cöyğasında yaşayan nəsillər aşağıdakılardır:
- Yarəhməd; -Xanəhməd; -Məhəmmədlilər (Nəvil övladları);
- Göyçəlilər (Sadıqlılar);
- Göyçaylılar.
Əlövsət müəllimin nəsil şəcərəsi - Göyçəlilər (Sadıqlılar):
Sadıq övladlar: Məhəmməd; Qara.
Məhəmməd övladlar: Qiyas; Hasan; Səlman; Sara.
Hasan övladlar: Əlövsət; Solmaz; Xalidə; Fərmayıl; Arif; Semnarə; Tamilla; Rəfiqə.[1].
Həyat yoldaşı Musayeva Tamzarə Qara qızı (d.27 iyul, 1949) Qasım İsmayəlov (indiki Goranboy) rayonunun Faxralı (indiki Fəxralı) kəndində anadan olub, Faxralı (indiki Fəxralı) kənd orta məktəbini (1966) və Nəsrəddin Tusi adına Azərbaycan Pedoqoji İnstitutunu (1968-1972) "İbtidai təhsilin pedoqoqikası və metodikası" ixtisası üzrə bitirmişdir. 1968-ci ildən etibarən pedoqoji fəaliyyətə başlayıb, -sinif müəllimi, təşkilatçı müavini, məktəb direktorunun təlim-tərbiyə işləri üzrə müavini vəzifələrində işləmişdir. 1985-ci ildə "Metodis müəllim" adına layiq görülmüşdür.[1]
Əlövsət müəllimin 3 oğlu, 7 nəvəsi var.
oğlanları– Fərman; Elxan; Sərxan.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.