Qırmızı daş monastırı — Kəlbəcər rayonunun Çapar kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Epiqrafik yazılar və ərazidə olan xaçdaşlara əsasən tikililərin XII–XIII əsrlərə aid olduğu güman edilir.
Qırmızı daş monastırı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Kəlbəcər |
Yerləşir | Çapar kəndi |
Aidiyyatı | Alban Həvari Kilsəsi |
Tikilmə tarixi | XIII əsr |
|
Kompleks, böyük və kiçik kilsə, həmçinin narteks və sovməədən ibarətdir. Monastırın bütün tikililərinin inşasında adi yonulmamış çaydaşlarından istifadə olunmuşdur. Yonulmuş daşlar yalnız pəncərə və qapıların çərçivələrində, künclərdə və digər daşıyıcı hissələrdə istifadə edilmişdir.
Tarixi
Epiqrafik yazılar və ərazidə olan xaçdaşlara əsasən tikililərin XII–XIII əsrlərə aid olduğu güman edilir.[1]
Memarlıq xüsusiyyətləri
Kompleks Çapar kəndindən 8 km aralıda yerləşməklə böyük və kiçik kilsə, həmçinin narteks və sovməədən ibarətdir.[1] Kompleksin mərkəzində yerləşən böyük kilsə binasından şimalda daha bir kiçik kilsə və sovməə yerləşir.[1]
Böyük kilsə və sovməə arasında yerləşən boşluqda daha bir kiçik tikilinin qalıqları vardır. Kilsə və sovməə düzbucaqlı plana malik sadə birnefli bazilika formasına malikdir.[1] Böyük kilsəyə qərbdən birləşən narteks isə planda kvadrat formasına malik, xaçvari tağtavanla tamamlanan maraqlı tikilidir.[1]
Monastırın bütün tikililərinin inşasında adi yonulmamış çaydaşlarından istifadə olunmuşdur. Yonulmuş daşlar yalnız pəncərə və qapıların çərçivələrində, künclərdə və digər daşıyıcı hissələrdə istifadə edilmişdir.[1]
Kilsə və sovməə eyni memarlıq üslubunda həll edilmişdir. Onlar bir-birindən yalnız ibadət zalının ölçüsü və qapı yerlərinin yerləşməsinə görə fərqlənirlər. Kiçik kilsə və sovməə ümumi həyətə malikdir.[2] Narteks iki girişə malikdir ki, onlardan da biri qərbdə, digəri isə şimalda yerləşir. Narteks, həm də monastır rahiblərinin dəfn edildiyi narteks olmuşdur.[2]
İstinadlar
Ədəbiyyat
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.