From Wikipedia, the free encyclopedia
Qırıxlı məhəlləsi — Gəncənin qədim məhəllələrindən biri. Ehtimal olunur ki, məhəllə Əfşar elinin Qırıxlı qoluna mənsub insanlar tərəfindən XIII əsrdən salınıb.[1]
Qırıqlı məhəlləsi, şimaldan Qızılhacılı, Qazaxlar, şərqdən İtdilər, Çıraqlı, Yuxarı Ozan, Bala Bağman, cənubdan Carrılar, Talalı, qərbdən Bayan, Daş körpü məhəllələri ilə əhatələnib. Fərrux Əhmədova görə Qırıqlı məhəlləsinin sakinləri Borçalının Qırıxlıbəyazidli, Qazaxın Qırıqlı, Şəmşəddilin Dönük Qırıqlı, Düz Qırıqlı, Kürəkbasanın Qırıxlı kəndlərindən gəlmə deyillər. Məhəllə Gəncənin digər qədim məhəllələri kimi tam mərkəzdə Şah Abbas meydanı və İçqalaya yaxın yerləşir. Məhəllə sakinlərinin əcdadları ehtimal ki, Qızılbaşların Əfşar tayfasının Qırıxlı qoluna mənsub olub, hələ XIII əsrdən Gəncədə məhəllə salıblar. XVI əsrdə Gəncə Osmanlı qoşunları tərəfindən tutulduqdan sonra isə onlar şəhəri tərk ediblər. XVII əsrin ortalarında isə əvvəlki yerindən köçürülümüş şəhərə qayıtmış və burada yenidən məhəllə salmışlar. 1650-ci ildə isə burada Qırıxlı məscidini inşa ediblər.[1] Məhəllədə Qara Müseyib dəyirmanı, Hacı Abdı Mehti oğlunun buzxanası mövcud olub.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.