From Wikipedia, the free encyclopedia
Daş körpü məhəlləsi — Gəncənin məhəllələrindən biri. Daş körpü məhəlləsinə Şıxəli Qurbanov, Təbriz küçəsinin sonu və Bağbanlar küçəsinin bir hissəsi aiddir.[1]
Daş körpü məhəlləsi şimaldan Xəlfəli, qərbdən Qaraməmmədli, şərqdən Qırıxlı, Talalı, cənubdan isə bağlar ilə həmsərhəddir. Məhəllə adının haradan qaynaqlandığına gəlincə, buraya Üç təpədən gələn su arxının üstünə daş ləpiklər düzülürmüş, məhz ona görə də əraziyə Daş körpü məhəlləsi deyilir. Məhəllə sakinlərinin çoxunu Daşkəsən bölgəsindən gələnlər təşkil edirlər. Onlar maldarlıq, bağçılıqla məşğul olurlar.[1]
Məhəllədə Qurbanlılar, Kərimlilər, Cabbarlılar, Muradlılar, Ocaqverdilər tayfaları olublar. Məhəllədə 1970-ci ilə kimi su dəyirmanı da olub. Sonralar isə yerində şəxsi evlər tikildi. Dəyirman Bala Bağbanla Daş körpü arasında tikildiyi üçün hər iki məhəlləyə aid sayılırdı. Məhəllənin cənubunda olan bağlar Muradlıların və Ocaqverdilərin əkin yeri idi. Kərimlilərin isə burada üzüm bağları olub. Bu bağlar Hacı Kərimin çəkdirdiyi bulağın suyu ilə suvarılırdı. Bağlar Üç təpəyə qədər olan ərazini əhatə edirdi.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.