From Wikipedia, the free encyclopedia
Səmədov Qüdrət Aşur oğlu (4 aprel 1904, Sarvan, Cavad qəzası – 8 yanvar 1972, Salyan, Salyan rayonu) — kolxoz sədri, Sosialist Əməyi Qəhrəmanı.
Qüdrət Səmədov 1904-cü il aprelin 4-də Salyanın Sarvan kəndində anadan olmuşdur. Pambıqçılığın inkişafında xidmətləri olub. İki əllə pambıq yığılmasının ilk təşəbbüsçülərindəndir.
1922-ci ildən 1946-cı ilədək SSRİ-nin 50 illiyi adına 1 nömrəli sovxozda, Muğan tikinti idarəsində fəhlə, Sarvan kəndindəki "Qırmızı Azərbaycan" kolxozunda kolxozçu, manqabaşçısı işləyib. 1946-cı ildən ömrünün sonuna qədər Nizami adına kolxozda sədr olub. 1947-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı alıb.
Azərbaycan SSR Ali Sovetinin (4–7-ci çağırış), SSRİ Ali Sovetinin (8-ci çağırış) deputatı olmuş, kolxozçuların 1, 2, 3-cü Ümumittifaq qurultaylarının nümayəndəsi seçilmişdir. Azərbaycan KP 21, 22, 24–28-ci qurultaylarında AKP MK üzvü seçilib.
2 dəfə "Lenin" ordeni, "Oktyabr inqilabı" ordeni, "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif edilib.
Qüdrət Səmədov 1972-ci il yanvarın 8-də vəfat edib.
Anadan olmasının 100 illiyi yüksək səviyyədə qeyd edilib[1] və 100 illiyi münasibətilə sərbəst güləş üzrə respublika turniri keçirilib.[2]
Adına Salyan şəhərində küçə var.
Xalq Artisti Həsən Məmmədovun dayısıdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.