From Wikipedia, the free encyclopedia
Puanso krateri (lat. Poinsot) — Ayın görünməyən tərəfindəki Şimal qütbü sahəsində yerləşən zərbə krateri. Krater öz adını fransız riyaziyyatçısı və mexaniki olan Lui Puansonun şərəfinə almışdır və 1970-ci ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq edilmişdir. Kraterin yaranması Prenektarian dövrünə təsadüf edir.
Puanso krateri | |
---|---|
Koordinatlar | 79°30′ şm. e. 145°42′ q. u.79,5° şm. e. 145,7° q. u.G |
Diametr | 65,1 km |
Krater dərinliyi | 2750 m |
Sferik sistemin koordinatları | 146° günəş çıxan zaman |
Eponim | Lui Puanso |
Vikianbarda əlaqəli mediafayllar |
Puanso kraterinə ən yaxın yerləşən krater Plaskett krateridir və ondan şimal-qərbdə yerləşir. Haskin krateri bu kraterdən şimal-şərqdə, Heymans krateri cənubda və Tissen krateri isə cənub-qərbdə yerləşir. Krater mərkəzinin selenoqrafik koordinatları 78°54′ şm. e. 146°13′ q. u.78,9° şm. e. 146,21° q. u.G, dərinliyi 65,1 km, dərinliyi isə 2,75 km-dir.[1]
Puanso krateri dairəviyə yaxın formaya malikdir, əhəmiyyətli dərəcədə parçalanmışdır. Şimal-cənub oxu boyunca çıxıntısı var. Kraterin səthinin şərq hissəsi aydın şəkildə seçilən kiçik bir kraterin səthi ilə düzləşdirilmişdir. Geniş və hamar sahə kiçik kraterlərlə və dərin şırımlarla kəsilmişdir. Ərazinin ətrafındakı şaftın hündürlüyü 1270 m-dir. Kraterin həcmi təxminən 4100 km³-dir. Kraterin dibində bir çox kiçik kraterlər yerləşir. Kraterin qərb hissəsində kəskin nəzərə çarpan kasaşəkilli krater yerləşmişdir.
Lavleys | Enlik | Uzunluq | Diametr |
---|---|---|---|
E | 80.2° N | 129.8° W | 25 km |
K | 77.6° N | 141.3° W | 16 km |
P | 77.2° N | 149.7° W | 27 km |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.