Primatlar
From Wikipedia, the free encyclopedia
Remove ads
Primatlar (lat. Primates) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Bu dəstəyə meymunlar və insan da daxildir. Dəstədə 400-dən çox növ mövcuddur.
Remove ads
Yarımdəstə və fəsilələri
Yaşburunlar (Strepsirrhini)
- Cırtdan lemurlar (Cheirogaleidae)
- Lemurlar (Lemuridae)
- Lepilemurlar (Lepilemuridae)
- İndrilər (Indridae)
- Əlayaqlılar (Daubentoniidae)
- Lorilər (Lorisidae)
- Qalaqolar (Galagidae)
Quruburunlar (Haplorhini)
- Uzuntopuqlar (Tarsiidae)
- Oynağanlar (Callitrichidae)
- İlməquyruqlar (Cebidae)
- Gecə meymunları (Aotidae)
- Sakolar (Pitheciidae)
- Hörümçəyəbənzərlər (Atelidae)
- Əntərmeymunlar (Cercopithecidae)
- Hibbonlar (Hylobatidae)
- Hominidlər (Hominidae)
Remove ads
Primatların xarakterik xüsusiyyətləri
Primatkimilər dəstəsinə daxil olan canlılar formasına və boyuna görə müxtəlifdir. Müasir primatlar Asiya, Afrika və Amerikanın tropik və subtropik ərazilərində, Zond və Filippin adalarında yaşayırlar. Ətrafları 5 barmaqlıdır, bu da onlara ağacdan möhkəm tutmağa imkan verir. Beyin yarımkürələri iri olur. Göz çuxurları kəllənin ön tərəfində yerləşir. Müəyyən edilmişdir ki, primatlar cücüyeyən məməlilərin qədim qruplarından əmələ gəlmişdir. Bu dəstəyə ibtidai primatlar (yarımeymunlar) və ali primatlar (meymunlar) daxildir.
Remove ads
İbtidai primatlar
İbtidai primatların barmaqları caynaqlıdır. Lemurlarl Madaqaskar və Kanar adaları üçün səciyyəvidir. Madaqaskarda onların bir neçə növünün nəsli kəsilmək üzrədir. Afrika və Asiya meşələrində lorilər yaşayır.
Ali primatlar
Ali primatlara 100-dən çox növ daxildir. Bunların ön beyin yarımkürələri iri və qırışlıdır. Cənubi Amerika meşələrində ilişkənquyruq adlı meymunlar hündür ağacların başında sürətlə qaça bilir. Əntər meymunlar Afrikada və Cənubi Asiyada yaşayırlar. Onlar böyük sürülər şəklində yaşayırlar və nizamlı davranırlar. Sürüyə başçı-dominant rəhbərlik edir. İnsanabənzər meymunlar daha çox inkişaf etmişdir. Onların başı yumru, ön beyin qabığı mürəkkəb quruluşludur, üzündə tük azdır, ayaqlarının altı və əlinin içi tüksüzdür. İnsanabənzər meymunlar tropik meşələrdə yaşayır. Qorilla və şimpanzelər həm yerdə, həm də ağacda yaşayırlar. Hibbonlar (Asiya və İndoneziya) və oranqutanlar çox vaxt ağacda olur, yerə nadir hallarda enir. Oranqutanlar Sumatra adasında daha çox yayılmışdır.
Remove ads
Aqil insanın formalaşması
Aqil insan növündən əvvəl neandertal, sinantrop, pitekantrop və avstralopitek adlı insan növləri olmuşdur. Güman edilir ki, müasir insan Afrikada əmələ gəlmişdir. Onun sosioloji varlığa çevrilməsində əmək böyük rol oynamışdır.
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads
