From Wikipedia, the free encyclopedia
Postmüstəmləkəçilik və ya postkolonializm — müstəmləkəçiliyin mədəni irsinin təhlilindən ibarət fənlərarası tədqiqat xətti. Postmüstəmləkəçilik müxtəlif sahələrdə bir çox nəzəriyyələri ehtiva edir. Bunlara fəlsəfə, kino, politologiya, sosial-iqtisadi coğrafiya, sosiologiya, feminizm, dini və teoloji tədqiqatlar və ədəbiyyat daxildir.
Postmüstəmləkəçi nəzəriyyə 1980-ci illərdə Mişel Fuko, Jak Derrida, Jill Delözün poststrukturalist ideyalarının təsiri altında yaranmışdır. Müasir postmüstəmləkəçiliyin sələfi Frans Fanon idi. Postmüstəmləkəçilik nəzəriyyəsinin əsas nümayəndələrinə Edvard Səid, Qayatri Spivak, Homi Bhabha daxildir. Postmüstəmləkəçilik nəzəriyyəsinin əlaqəli fənləri diskurs təhlili, gender nəzəriyyəsi, mədəniyyətşünaslıq, media araşdırmalarıdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.