Amerikalı sənayeçi və sənət kolleksiyaçısı (1892-1976) From Wikipedia, the free encyclopedia
Jan Pol Qetti (ing. Jan Paul Getty; 15 dekabr 1892[1][2][…], Minneapolis, Minnesota, ABŞ[3] – 6 iyun 1976, Qilford[d], İngiltərə, Birləşmiş Krallıq) — amerikalı neft maqnatı və sənayeçi, tarixdə ilk dollar milyarderlərindən biri, "Qetti Muzeyi"nin banisi [5]. "Getty Oil" neft şirkətinin təssisçisi. 1957-ci ildə "Fortune" jurnalı onu dünyanın ən varlı amerikalısı elan etmişdi [6]. 1966-cı ildə o, 1,2 milyard ABŞ dolları sərvət ilə dünyanın ən varlı adamı kimi Ginnesin Rekordlar Kitabına düşüb (2017-ci ilin qiymətlərdirilməsində təxminən 9.1 milyard ABŞ dolları) [7]. 1976-cı ildə Qettinin vəfat etdiyi zaman onun sərvəti 6 milyard dollar həcmində(2017-ci ilin qiymətləndirilməsində təqribən 25,8 milyard ABŞ dolları) qiymətləndirilmişdir [8]. Böyük varidata malik olmasına baxmayaraq, Qetti hədsiz dərəcədə xəsisliyi ilə tanınırdı. 1973-cü ildə Romada qaçırılan 16 yaşlı nəvəsi Paul üçün beş aylıq fidyə verməkdən imtina etməsi ona pis şöhrət qazandırmışdı.
Jan Pol Qetti | |
---|---|
Jean Paul Getty | |
Doğum tarixi | 15 dekabr 1892[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 6 iyun 1976 (84 yaşında) |
Vəfat yeri | Böyük Britaniya, London |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | rəsm kolleksioneri[d], avtobioqraf[d], sahibkar, sənayeçi, mesenat[d] |
Fəaliyyət illəri | 1907–1976 |
Elmi dərəcələri | |
Vikianbarda əlaqəli mediafayllar |
Pol Minneapolisdə, Minnesota ştatında artıq ahıl bir yaşda olan üstəlik, tək qızları Qertrudanı da itirəndən iki il əvvəl, irlandiyalı neft maqnatı Corc Franklin Qetti və Şotlandiya mühacirlərinin qızı Sara Katrin MacPerson Rişerin ailəsində anadan olmuşdur. 1913-cü ildə Oksford Universitetini bitirdikdən sonra Pol Tulsa bölgəsində (Oklahoma) neft ticarətinə başladı və 1916-cı ilə qədər ilk milyon dollarını qazandı. Elə həmin il onun şirkəti Kaliforniyaya köçdü.
XX əsrin 30-cu illərində Pol Qetti sonradan onun maliyyə imperiyasının əsasını təşkil edən bir neçə neft şirkətini satın aldı.
II Dünya Müharibəsindən sonra Qetti İngiltərəyə, Surrey qraflığının Sutton-Pleys rayonuna köçdü. Onun yaşadığı ev qala divarı ilə əhatə olunmuşdu. Qettinin təhlükəsizliyi bütöv bir cangüdən ordusu və insanları mühafizə üçün xüsusi olaraq hazırlanmış iyirmi it tərəfindən qorunurdu.
1949-cu ildə Səudiyyə Ərəbistanında güzəştli neft müqaviləsi əldə etdi, hansı ki, ona 1950-ci illərdə milyardlarla qazanc gətirməyə başladı. 1957-ci ildə Pol Qetti dünyanın ən varlı adamı elan edildi. Bu titul Qetti vəfat edən günə qədər onda qaldı. 1968-ci ildə Pol Qetti milyarder oldu.
Pol Qetti "bir qadınla uzun müddətli bir əlaqə yalnız siz müflis olduqda mümkündür" deyirdi.
Paul Qettinin nəvəsi, Con Pol Qettinin oğlu Mark Qetti "Getty Images" şirkətinin əsasını qoymuşdur.
1973-cü ildə Romada məskunlaşan və orada kübar həyatı yaşayan on altı yaşlı nəvəsi Üçüncü Con Pol Qetti qaçırıldı. Beş ay ərzində böyük Qetti nəvəsi üçün 17 milyon dollar fidyəni verməkdən imtina etdi. O bunu:
"Mənim on dörd nəvəm var, bu gün bir qəpik ödəsəm, onda on dörd qaçırılmış nəvəm olacaq" |
[9] – deyə izah edirdi. Pulu ödəməyə məcbur etmək üçün insan oğruları Qettiyə onun nəvəsinin bir qulağını kəsərək saç topası ilə birlikdə göndərmişdilər. Nəvəni qaçıranlar tələblərini 3 milyon dollara endirəndə, milyarder fidyə üçün vəsait ayırdı. Ancaq o, cəmi 2,2 milyon dollar ayırdı, 800 mini isə oğluna illik 4 faizlə borc verdi. Nəvəsi təşəkkür etmək üçün babasına zəng etdikdə, telefona cavab verməkdən imtina etdi.
Sonradan nəvə Pol Qetti narkotikdən asılı vəziyyətə düşdü, buna görə eşitmə və görmə qabiliyyətini erkən itirdi. Uzun illər əlil arabasına təhkim olundu. 2011-ci il fevral ayının 5-də 54 yaşında vəfat etdi [10]. Onun oğlu Baltazar Qetti David Linçin "Heç bir yerə getməyən şose" filmində baş rol ifa etməsi ilə məşhurdur.
Nəvə Pol Qettinin qaçırılması hekayəsi Ridli Skottun "Dünyanın bütün pulları" filminin və Danni Boylun "Güvən" serialının əsasını təşkil etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.