From Wikipedia, the free encyclopedia
Poçt markalarında quşlar tematik poçt kolleksiyaçılığının populyar mövzulardan biridir.[1] Üzərində quş təsviri olan poçt markasına quş markası da deyilir.
Poçt markalarında quşlar 1875-ci ildən etibarən təsvir olunur. Həmin il Yaponiyada ağ quyruqsallayan, əkin qazı və tetraçalan təsviri olan üç poçt markası buraxılmışdır.[2][3] ABŞ-də quş təsviri olan ilk poçt markası (qanadlarını açmış qartal) 1869-cu ilə aiddir. Böyük Britaniya quş təsviri olan ilk poçt markasını 1963-cü ildə "Nature Week" nəşri üçün buraxmışdır.[2]
2003-cü ilə qədər dünyada quş təsviri olan 10.000-dən çox poçt markası buraxılmışdır.
Quş təsviri olan poçt markalarının məşhur kolleksiyaçısı Kris Qibbins hesab olunur. Onun kolleksiyasına 3000-dən çox quş növünü əhatə edən 12.000-dən çox poçt markası daxildir.[1] Quş markası kolleksiyaçılığına diqqət ayıran təşkilatlara Amerika Tematik Assosiasiyası və Quş Markası Cəmiyyəti daxildir.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.