Playboi Carti (əsl adı: Cordan Terrell Karter; 13 sentyabr 1995[1][2][…], Atlanta[2]) — amerikalı repçi, müğənni-mahnı yazarı. Carti 2017-ci ilin aprelində buraxdığı öz adını daşıyan miksteypi sayəsində diqqətləri cəlb edib.[3] Miksteypə daxil olan "Magnolia" və "Wokeuplikethis" (Lil Uzi Vert ilə) sinqlları Billboard Hot 100 cərgəsinin yuxarı sıralarında qərarlaşıb.

Cəld faktlar Ümumi məlumatlar, Doğum adı ...
Playboi Carti
ing. Jordan Terrell Carter
Thumb
Playboi Carti 2024-cı ildə
Ümumi məlumatlar
Doğum adı Jordan Terrell Carter
Ləqəbi Playboi Carti
Doğum tarixi 13 sentyabr 1995(1995-09-13)[1][2][…] (29 yaş)
Doğum yeri
Uşağı 2
Partnyorları İqqi Azaliya (2018–2020)
Brandi Marion (2020–)
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, müğənni, mahnı yazarı[d], musiqi prodüseri
Fəaliyyət illəri 2011-ci ildən
Janrlar hip-hop[d], trep, klaud rep[d], rage rap[d], pank rep[d], alternativ hip-hop, eksperimental hip-hop[d]
Albom şirkətləri Interscope Records, AWGE Records[d], GOOD Music[d]
playboicarti.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

2018-ci ildə debüt studiya albomu olan "Die Lit"-i buraxan Carti dinləyicilərin rəğbətini qazanıb. Albom satış rekordları qırmış və ABŞ-nin Billboard 200 albomlar cərgəsində üçüncü pilləyə yüksəlmişdir.[4] Carti iki illik fasilədən sonra 2020-ci ildə geri qayıdaraq ikinci albomu olan "Whole Lotta Red"-i təqdim edib. Albom buraxıldıqdan qısa müddət sonra Billboard Hot 200 cərgəsində birinci yerə çıxmışdır. Bu onun ən müsbət rəylərlə qarşılanan albomu olmuşdur. Playboi Carti uzun müddətdir gözlənilən üçüncü albomunu 2024-cü ildə buraxmağı planlaşdırır.[5]

Carti 2019-cu ildə Opium səsyazma leyblını təsis edib. Bu şirkətlə müqavilə bağlayan repçilər Ken Carson, Destroy Lonely və Homixide Gang-dır.[6]

Həyatı

Cordan Terrell Karter 13 sentyabr 1996-cı ildə Corciya ştatının paytaxtı Atlantada dünyaya gəlib.[7][8][9] O, Riverdeyl şəhərində boya-başa çatıb.[10] Carti 2016-cı ildə verdiyi müsahibədə "Valideynlərinə və digər insanlara qulaq asmayaraq böyüdüyünü" bildirib.[11] Bu xarakteri gənc yaşlarında onun həyatına mənfi təsir göstərmişdir. Carti məktəbi bitirdikdən sonra təhsilinə davam etmək istəmirdi. O, 9-cu sinifdən 12-ci sinifə qədər Sendi-Sprinqs şəhərində yerləşən "North Springs Charter High School"-da təhsil alıb.[12]

Carti rep musiqisinə olan sevgisini kəşf etməmişdən əvvəl NBA-da peşəkar basketbolçu olmaq arzusunda idi. The Fader jurnalına danışan repçi diqqətini dərslərinə yönəltmək əvəzinə, daha çox basketbol oynamağa maraq göstərdiyini bildirib.[13] O, məşqçisi ilə aralarında yaranan mübahisədən sonra basketbol oynamaqdan imtina etmişdir. Bundan sonra o, marağını musiqiyə yönəldib.

Carti tez-tez musiqi ilə məşğul olmaq və ya H&M mağazasında işləmək üçün dərslərə getmirdi.[14] Bu da az qalsın onun məktəbi qurtara bilməyəcəyinə gətirib çıxaracağdı. Nəticədə onun məzuniyyət mərasiminə heç kim gəlmədi, çünki bunun baş verəcəyini heç kim gözləmirdi.

Carti gənc ikən ikinci əl mağazalardan alış-veriş edərək özünəməxsus geyim tərzinə sahib olub. Vogue jurnalına verdiyi müsahibəsində o, rəngli dar cins şalvar kimi yeni və dəbdə olan moda əşyaları geyən ilk insanlardan biri olduğu üçün lağ edildiyini açıqlayıb.[15]

Şəxsi həyatı

2017-ci ildə o, qısa müddət amerikalı model Blac Chyna ilə birlikdə olub.[16] Bunun ardınca o, 2018-ci ildə Rubi Rose ilə romantik münasibət qurub. Rubi Rose Migos qrupunun "Bad and Boujee" adlı mahnısının klipində çəkildikdən sonra populyarlıq qazanan model və repçidir.[17][18] 2019-cu ildə Carti-nin mübahisə zamanı Roziyə silahla atəş açması ilə bağlı məlumat yayılıb.[19] Carti onu Blac Chyna ilə aldatdıqdan sonra onlar ayrıldılar.[20]

Daha sonra 2018-ci ildə Carti avstraliyalı repçi İqqi Azaliya ilə münasibət qurdu. Carter onunla konsert səfərində olarkən tanış olmuşdu. 2018-ci ildə onlar Atlantada yerləşən Buckhead məhəlləsinə köçdülər.[21] 2020-ci ildə ikisinin oğlu dünyaya gəlib.[22] Baxmayaraq ki, onlar 2019-cu ilin dekabrında ayrılmışdılar.[23][24] Azaliya 2020-ci ilin dekabrında Carti-nin ona xəyanət etdiyini və övladının doğumunda iştirak etmədiyini açıqlayıb. Carti həmçinin övladının doğum şəhadətnaməsini imzalamaqdan imtina etmişdir (yəni övladını qanuni olaraq öz övladı kimi tanımağa razı olmayıb).[25]

Carti 2019-cu ilin iyun ayında Los-Ancelesdən Atlanta şəhərinə köçüb. O vaxtdan bəri o, Atlanta və onun ətrafında yaşayır.[26]

Carti astmaya sahib olduğunu bildirir.[27]

Diskoqrafiya

Studiya albomları

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.