Pir Ömər (v. 1420, Ərzincan) — Qaraqoyunlu sərkərdəsi.
Pir bəy Ömər | |
---|---|
1410 – 1420 | |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Ərzincan |
Həyatı
Qara Yusif 1410-cu ildə Ərzincanı Ağqoyunlulardan aldıqdan sonra Pir Ömər bəyi Ərzincan hakimi təyin etdi. Ardınca Bayburt, Tərcan və İspiri də ələ keçirərək bu əraziləri də Pir Ömərə verdi.[1] Bundan sonra Qara Yusif geriyə Təbrizə qayıtdı. Qara Yusifin başının Sultan Şahruxa qarışmasından istifadə edən Ağqoyunlu Osman bəy 1416-cı ildə Ərzincana yürüş etdi. Pir Ömər tezliklə Qara Yusifdən kömək istədi. Qara Yusif oğlu Qara İsgəndərin başçılığı ilə Ərzincana ordu göndərdi. Bundan xəbər tutan Qara Yuluq Osman bəy geri çəkildi.[2]
Ağqoyunluların Qaraqoyunlular ilə münasibətləri sabitləşdikdən sonra Qara Yusifin elçiləri ilə birlikdə Pir Ömər bəyin elçilərinin də Ağqoyunlu sarayına göndərildikləri mənbələrdə qeyd edilir.[2]
Münasibətlərin sabitliyi isə 1420-ci ildə Qaraqoyunluların Kəmax qalasına hücumları ilə başladı. Kəmax qalasına Osman bəyin oğlu Yaqub bəy hakimlik edirdi. Pir Ömər 1420-ci idə ordusu ilə Kəmax qalasına hücuma keçdi. Qaraqoyunlu ordusu Kəmax qalasını ələ keçirə bilməsə də, Yaqub bəyin başçılıq etdiyi Ağqoyunluları məğlub etdi. Döyüşdə Yaqub bəy Pir Ömər tərəfindən əsir alındı. Pir Ömər Yaqub bəyi Təbrizə göndərdi.[3]
Pir Ömər Qara Yuluq Osmandan gözlənilən hücumun qarşısını almaq üçün Qara Yusifdən kömək istədi.[4] Qara Yusif Bayram bəyin başçılığı ilə 20 minlik qoşunu Pir Ömərə kömək üçün göndərdi. Bayram bəyin qüvvələrinin Van gölünün şimalındakı Aladağ yaxınlığına çatdığından xəbər tutan Osman bəy isə Pir Ömərin Bayram bəyin qüvvələri ilə birləşməsinin qarşısını almaq üçün əlindəki bütün qüvvələri ilə Pir Ömərin üzərinə hücuma keçdi. Baş vermiş şiddətli toqquşmada Pir Ömərin ordusu məğlub oldu və öldürüldü. (iyul-avqust 1420).[5]
İstinadlar
Ədəbiyyat
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.