From Wikipedia, the free encyclopedia
Paçkank — Azərbaycan Respublikası ərazisində olmuş qədim tarixi toponim, Qafqaz Albaniyası[1] və Böyük Ermənistanın[2] tərkibində olmuş tarixi Arsak vilayətinin on iki əyalətindən (havar) biri.
Tarixi Qafqaz Albaniyası əraziləri | |
Paçkank | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə |
Qafqaz Albaniyası Böyük Ermənistan |
Bölgə | Arsak |
İndiki adı | Füzuli rayonu |
Xəritədə yeri | |
Müxtəlif dövrlərə aid tarixi mənbələrdə bu havarın adı Parskank, Parçkank, Pançkank, Payçkan, Pazkan şəklində qeyd edilmişdir.[2]
Arsak vilayətinin cənub-şərq hissəsini təşkil edən Paçkank havarı Qarabağ silsiləsinə keçən əsasən düzənlik əraziyə malik idi. Havar, cənub-qərbdə İşxanaget çayı (müasir adı Quruçay) boyunca Arsak vilayətinin Sisakan-i-Kotak havarı, qərbdə Arsak vilayətinin Myus-Haband havarı, şimal-şərqdə Arsak vilayətinin Muxank havarı, şimalda Utik vilayətinin Tri havarı, şimal-şərqdə Utik vilayətinin Ritpasian havarı, cənubda isə Araz çayı boyunca Paytakaran vilayətinin Vardanakert havarı ilə sərhədlənirdi.[2]
İnzibati baxımdan, tarixi Paçkank havarının ərazisi, Azərbaycan Respublikasının Füzuli rayonunun böyük bir hissəsini əhatə edirdi.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.