From Wikipedia, the free encyclopedia
Parflar — Parflar mürəkkəb etnogenezisə mənsubdurlar.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Antik dövrdə Mərkəzi Asiyanın çöllərində parf adlı tayfa köç edirdi. Bu tayfa bəzi qaynaqlarda Daxa adlanırdı. Təqribən eradan əvvəl III əsrdə bu tayfanın bəzi qolları daxlar adı altında birləşdilər.
Daxların aparıcı tayfası parna adlanırdı. Parna tayfasından məşhur Parfiya şahları I Arsak və I Tiridat çıxmışdı.
Parna sonralar üç qrupa bölündü: Parflar, Parslar, Martlar.
I Arsak daxları birləşdirib əyləşdirdi. Onlar qədim İran qaynaqlarında Apartik adlanan ərazidə yerləşdilər. Əkinçiliklə məşğul olmağa başladılar. Yunanlar onlara parf, yurdlarına isə Parfiya deyirdilər.
IV Antiox (e.ə.175-163-cu illər) Selevki dövlətinin siyasi böhranının qarşısını ala bilmir.Midiyada Selevki satrapi Timarx üsyan qaldirir. E.ə.131-ci ildə VII Antiox Midiyada Selevki hakimiyyətini bərpa ədir,lakin az sonra parfiyalilar ilə döyüşdə həlak olur.Bundan sonra Parfiya ilə Roma imperiyasi siyasi təsir dairələrini genişləndirmək ugrunda mubarizəyə başlayir.Strabonun məlumatindan görünür ki, parflar da Azərbadaqan torpaqlarina göz tikibmişlər.Azərbaycan böyuk hərbi quvvəyə malik idi.
E.ə.36-ci ildə Roma sərkərdəsi Antoni Parfiyaya qarşi yuruşə başlayir.Antoni boyuk bir ordu ilə Adərbayqanin ərazisinə soxuldu,olkəni taladi və muhasirəyə aldi.
Midiyali dəstələr də romalilarin duşərgəsinə hucumlar ədir və onlara tələfat vərirdilər.Antoni Adərbayqani tərk ətməyə məcbur olur.Parflar geriyə çəkilən romalilari təqib ədir,kiçik doyuşlərlə tələfata ugradirdilar.Eyni zamanda romalilari acliq əldən salirdi.Parflar Antoniyə qalib gələ bilməsələr də,oz həmlələri ilə onun acliqdan zəifləmiş ordusunu əldən salirdilar.Son məqamda təqib dəstələri Antoniyə toxunmayacaqlarini vəd ədirlər.Antoni bu doyuşlərdə 24 min doyuşçu itirmişdi.E.ə.31-ci ildə Antoni Roma triumviri Oktavian ilə doyuşə girişən zaman bir il sonra həlak olur və şərqdə agaliq Oktavian Avqustun əlinə kəçdi.Lakin onun hakimiyyəti uzun surmədi.Adərbayqan mustəqilliyini saxlamagi hərbi munaqişələrə qoşulmaqdan ustun tuturdu.Zəruri hallarda isə qonşularin koməyinə gəlirdi.Əyni zamanda şimalda Arazin o tayina qədər uzanan torpaqlarini qorumaq,Arməniya hokmdarlarinin təcavuzkar işgallarinin qarşisini almaq məqsədini gudən Adərbayqan dovləti oz varligini və hududlarini saxlamaqda Midiya hokmdarlarinin qudrətinə də arxalanirdi.Boyuk hərbi munaqişələrdə iştirak ədən Midiya və Parfiya da Adərbayqanin siyasi mənafəyini mudafiə ədirdi.
Selevkilərlə çoxdan mübarizə aparan parfiyalılar e.ə. II əsrin 50-ci illərinin ortalarına yaxın geniş istila yoluna çıxıb, sanballı siyasi qüvvəyə çevrilirlər. Tezliklə (ehtimal ki, 148-147-ci illərdə) Parfiya çarı I Mitridat Selevkilərin basqınlarından müsibətlər çəkmiş Madanı işğal edir. Madanın işğalı o dərəcədə mühüm bir hadisə idi ki, bundan sonra I Mitridat "Böyük çar" titulunu qəbul etdi.
Madanın işğalı parfiyalıların üzünə Mesopotamiyanın yolunu açdı və e.ə. 141-ci ildə Mesopotamiya fəth edildi. Sonra varlı Elimaida da işğal olundu.
Bəzi tədqiqatçılar belə güman edirlər ki, parfiyalılar Aşağı Madadan sonra Mada-Atropatenanı da işğal etmişdilər, lakin mənbələrdə buna sübut-dəlil yoxdur. Selevkilərə düşmən olan, Hellinizm naminə nə varsa hamısına qarşı, Şərq xalqlarını Selevkilərin, yunan-makedoniyalıların hədsiz zülmündən xilas etmək uğrunda mübarizə aparan "vətənpərvər" qüvvə kimi parfiyalıların Atropatenada mövqeyi, ola bilsin, artıq möhkəmlənmişdi. Bir mühüm cəhət də ondan ibarətdir ki, parfiyalılar etnodil (görünür, həm də mədəni) cəhətdən madalılara çox yaxın idilər. Buna görə də Atropatenada parfiyalılara "özgələrdən", yəni yunan-makedoniyalılardan fərqli olaraq "öz adamları" kimi baxırdılar və o zaman yunan-makedoniyalılara qarşı vahid cəbhə yaranırdı.
Lakin bütün bunlara baxmayaraq, atropatenalılar öz dövlətlərinin suverenliyini saxlaya bilmişdilər. Atropatilər çarlığının parfiyalılar tərəfindən zəbt olunduğunu güman etməyə əlimizdə əsas yoxdur, çünki hələ öz "Coğrafiya" əsərini e.ə. lap son illərdə başa çatdırmış Strabon yazırdı: "Atropatenanın ailəsində varislik hələ indi də davam edir".
Atropatenada da parfiyalıların mövqeləri möhkəmlənməkdə davam edirdi. E.ə. I əsrdə Atropatenada məişətdə, tikintidə, memarlıqda "parfiyalaşma" o qədər güclü və əhatəli idi ki, bunun birdən-birə, hazırlıq dövrü olmadan baş verdiyini güman etmək çətindir. Bütün bunlar onu göstərir ki, Atropatenada Parfiyanın təsiri, şübhəsiz, daha əvvəllər başlanmışdı. Bunu e.ə. I əsrdə Parfiya sikkələrinin Atropatenada geniş yayılması da təsdiq edir və güman etməyə əsas var ki, Ekbatanada kəsilmiş Parfiya gümüş pulu Zaqafqaziyaya Atropatena vasitəsilə yayılırmış.
Parfiya dilində tərtib edilmiş, bizə gəlib çatmış bir avroman sənədi də Atropatenada parfiyalıların o zamankı rolundan və əhəmiyyətindən xəbər verir. Atropatena madalılarının parfiyalılarla yaxınlaşması üçün Atropatenanın özündə çox böyük bir zəmin vardı. Hellinləşməyə müqavimət burada kifayət qədər fəal idi. Madalılar çox mürəkkəb şəraitdə, yunan-makedoniyalıları bir o qədər yaxına qoymayan müstəqil dövlət yaratdılar, öz istiqlaliyyətlərini qoruyub saxlamaq uğrunda selevkilərə qarşı inadlı mübarizə aparırdılar, Atropatena madalıları türk etnik birliyinə mənsub olduqlarını dərk edir, öz mədəni ənənələrinin, dininin, dövlət quruluşunun üstünlüyünü qoruyub saxlamağa və möhkəmləndirməyə çalışırdılar; bütün bunlar parfiyalıların məqsədlərinə uyğun gəlirdi.
Parfiyalıları Atropatenaya tərəf çəkən bir amil də, əlbəttə, dövlətin ərazisini genişləndirmək və strateji cəhətdən mühüm əməliyyat meydanı ələ keçirmək niyyətindən, ən əvvəl atropatenalılarla parfiyalıların ümumi məqsədindən, hellinliyə qarşı mübarizədən ibarət idi. Parfiyalılar və atropatenalılar Atropatenada kökləri I minilliyin əvvəllərinə gedən "öz" mədəniyyət və dinini dirçəltmək işində də müttəfiq idilər. Hələ o zaman Qərbi İran vilayətlərində, o cümlədən Cənubi Azərbaycanda müxtəlif mazdaizm təlimləri, Kiçik Avesta etiqadları mövcud idi. Mada hökmranlığı dövründə, maqlar bu təlimləri təbliğ etməyə başlayanda gələcək Atropatena zonasında mazdaizm – Avesta təlimlərinin mövqeləri daha da möhkəmlənməkdə idi. Atropatidlərin və Atropatena madalılarının rəsmi dini mazdaizm-zərdüştilik – Avesta dini idi.
Parfiyalıların və Atropatena madalılarının mənafelərinin ümumiliyi, onların mədəniyyət cəhətdən yaxınlığı və dil cəhətdən qohumluğu Mada-Atropatena ünsürləri ilə Parfiya ünsürlərinin Atropatena zəminində etno-mədəni baxımdan xeyli yaxınlaşmasına və hətta qovuşmasına səbəb olurdu. Bu, zahirən öz əksini, məsələn, "parfiyalılar" termini əvəzinə tez-tez "madalılar" termininin işlədilməsində tapırdı.
Beləliklə, təsvir edilən dövrdə Atropatenanın və atropatenalıların adları mənbələrdə əsasən qonşu ölkələrin tarixi ilə, yaxud ümumregion xarakterli hadisələrlə əlaqədar olaraq çəkilirsə də, təsdiq edə bilərik ki, atropatenalılar Roma əleyhinə sanballı bir qüvvə olub region xalqlarının çağırılmamış "qonaqlara" qarşı mübarizəsində ən fəal bir şəkildə iştirak edirdilər. Onlar, şübhəsiz, bu ağır mübarizədə özlərinin istiqlaliyyətini qoruyub saxladılar. Strabon yuxarıda nəzərdən keçirilmiş hadisələrin demək olar ki, müasiri sayılan Apollonidə istinad edərək məlumat verir ki, Atropatena "hərbi qüvvə mənasında çox sanballı bir ölkədir, çünki o, döyüşə... 10000 süvari və 40000 piyada çıxara bilər".
Etnik qrup ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.