Qurbanov Oruc İzzət oğlu (24 iyul 1949, Bakı – 23 dekabr 2022) — Azərbaycan teatr rejissor, əməkdar incəsənət xadimi, "Qızıl Dərviş" mükafatı laureatı, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru (2017–2022).
Cəld faktlar Digər adı, Doğum tarixi ...
Bağla
Oruc Qurbanov 1949-cu ildə Bakı şəhərində fəhlə ailəsində anadan olub. Atası Qurbanov İzzət Nüsrət oğlu 1954-cü ildə "Paris kommunası" zavodunda iş vaxtı faciəvi surətdə həlak olub. İzzətoğlu orta təhsilini 8 saylı internat məktəbində alıb. Əvvəlcə Bakı Dövlət İncəsənət İnstitutunun "Dram və Kino aktyorluğu" ixtisası üzrə təhsil alıb, 1979–80-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyinin göndərişi ilə Moskva şəhərində görkəmli rejissor A. V. Efrosun rəhbərliyi altında Ali Teatr Rejissorluğunu bitirib. Qırx ildir ki, teatr, kino, ədəbiyyat, radio və televiziya sahələrində çalışır. Onlarla teatr, radio-televiziya tamaşalarına quruluşlar verib. Ayrı-ayrı illərdə respublikanın dövlət teatrlarında baş rejissor vəzifələrində çalışıb. 1994-cü ildə Xocalı faciəsinə həsr olunmuş "Haray" bədii filmini çəkib. Bir neçə dövlət tədbirinin ssenari müəllifi və rejissoru olub. Ailəlidir, dörd uşağı var.
Teatrla yanaşı ədəbiyyat, dramaturgiya, sənətşünaslıq sahəsində də fəaliyyət göstərir. On iki cild həcmində roman, povest, onlarla tarixi və müasir mövzuda dram əsərlərinin müəllifidir. Bu əsərlər bir çox mötəbər ədəbi məclislərdə, Qafqaz Müsəlmanlar İdarəsi Elmi-dini şurasında müzakirə edilib, mütəxəssislər tərəfindən layiqli qiymətini alıb. 2005-ci ildə Akademik Milli Dram Teatrında Mir Cəlalın "Dirilən adam" romanı əsasında müəllifi olduğu eyniadlı dram əsərini tamaşaya qoyub. 2006-cı ildə bu tamaşa ilin ən uğurlu tamaşası və Oruc İzzətoğlu ilin ən yaxşı rejissoru kimi "Qızıl Dərviş" mükafatına layiq görülub. 2007-ci ildə Musiqili Komediya Teatrında Ə. Əmirlinin "Yeddi məhbusə anası" tamaşasına quruluş verib. 2007-ci ildə xalq yazıçısı İ. Əfəndiyevin "Geriyə baxma, qoca" romanı əsasında yazıçı Elçinlə birgə Qarabağ tarixinə həsr edilmiş eyniadlı dram əsərini başa çatdırıb və bu il Akademik Milli Dram Teatrında İzzətoğlunun quruluşunda tamaşaya qoyulması nəzərdə tutulub. Molla Nəsrəddinin 800 illiyi münasibətilə "Molla Nəsrəddinin Teymurləngi ram etməsi" kino-ramanını və teatr üçün eyni adlı xalq məzhəkəsini yazıb.
Musiqili Komediya Teatrının dəvəti ilə 2007-ci ildə C. Quliyev, Ə. Əmirlinin "Yeddi məhbusə anası", 2009-cu ildə müəllifi olduğu "Diqqət! Şəhərdə manyak var!" liberettosuna quruluş verib. Son ədəbi işi "Ağa Məhəmməd şah Qacar" kinoromanıdır.
2002-ci ildə H. Əliyevin fərmanı ilə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.[1]
9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə,[2] 6 may 2015-ci ildə[3], 6 may 2016-cı ildə[4], 1 may 2017-ci ildə[5], 9 may 2018-ci ildə[6], 10 may 2019-cu ildə[7] və 7 may 2020-ci ildə[8] Prezident Mükafatına layiq görülmüşdür.
2017-ci ildə Lənkəran Dövlət Dram Teatrına baş rejissor vəzifəsinə təyin olunub.[9][10]
23 dekabr 2022-ci ildə 73 yaşında vəfat edib.
- M. F. Axundov "Hacı Qara" (rejissor və rəssam) Tədris teatrı 1972
- J. B. Molyer "Skapenin kələkləri" (rejissor və rəssam) Tədris teatrı 1972
- C. Cabbarlı "Solğun çiçəklər" (rejissor və rəssam) Tədris teatrı 1973
- S. M. Qənizadə "Xor-xor" (rejissor) Lənkəran Dram teatrı 1974
- A. P. Çexov "Yubiley" (rejissor) Lənkəran Dram teatrı 1974
- A. P. Çexov "Elçilk" (rejissor) Lənkəran Dram teatrı 1974
- Ə. B. Haqverdiyev "Ailə tərbiyəsi" (rejissor) Lənkəran Dram teatrı 1974
- C. Cabbarlı "Oqtay Eloğlu" (rejissor) Lənkəran Dram teatrı 1975
- J. Qaşek "Qoçaq əskər Şveyk" (rejissor) Lənkəran Dram teatrı 1976
- A. Safronov "Qəribə doktor" (rejissor) Lənkəran Dram teatrı 1976
- R. İbrahimbəyov "Yaşıl qapı arxasında qadın" (tərcüməçi və rejissor) LDT 1976
- U. Şekspir "Qış nağılı" (rejissor) Lənkəran Dram teatrı 1977
- K. Qoldoni "İki ağanın bir nökəri" (rejissor) Lənkəran Dram teatrı 1977
- Ə. B. Haqverdiyev "Dağılan tifaq" (rejissor) Lənkəran Dram teatrı 1977
- A. Ostrovski "Tufan" (rejissor) Lənkəran Dram teatrı 1977
- İ. Əfəndiyev "Məhv olmuş gündəliklər" (rejissor) Lənkəran Dram teatrı 1997
- F. Aşurov "Tut ağacı" (rejissor) Lənkəran Dram teatrı 1978
- Q. İlkin "Çətin döngələr" (rejissor) Lənkəran Dram teatrı 1978
- P. Pançev "Dörd ekiz haqqında nağıl" (rejissor) Lənkəran Dram teatrı 1979
- L. Juxovitski "Budapeştli Juja" (rejissor) Lənkəran Dram teatrı 1979
- Leninqrad "Lensovet" teatrında rejissor təcrübəsində (rəh. İ. P. Vladimirov) 1980
- Moskvada "Malaja Bronnaya" teatrında təcrübədə (rəh. A. V. Efros) 1981
- İ. Əfəndiyev "Atayevlər ailəsi" (rejissor) Lənkəran Dram teatrı 1981
- L. Frank "Yad adam" (rejissor) Akademik Milli Dram teatrı 1981
- C. Cabbarlı "Aydın" (rejissor). Lənkəran Dram teatrı 1982
- H. Cavid "Afət" (rejissor) Sumqayıt Dram teatrı 1982
- L. Karadjale "İtirilmiş məktub" (rejissor) Sumqayıt dram teatrı 1983
- A. Abdulin "13-cü sədr" (rejissor və rəssam) Sumqaqyıt Dram Teatrı 1983
- A. Şaiq "Bir saatlıq xəlifə" (rejissor) Sumqayıt Dram teatrı 1984
- Ə. Əylisli "Vəzifə" (Bədii rəhbər) SDT 1984
- L. Ustinov "Məhəbbətsiz şəhər" (Bədii rəhbər) 1984
- S. M. Qənizadə "Sıravi əskər Mamağanlı" (rejissor və rəssam) SDT 1984
- C. Yusifzadə "Dağlar arxasız olmaz" (rejissor və rəssam) SDT 1985
- C. Cabbarlı "Oqtay Eloğlu" (rejissor) SDT 1985
- Füzuli "Saqinamə" (səhnələşdirən, rejissor və rəssam)Ağdam Dram teatr 1985
- C. Yusifzadə "Qəbul təxirə salınır" (rejissor) SDT 1986
- R. İbrahimbəyov "Park" (tərcüməçi və rejissor) SDT 1986
- Anar "Zaur və Təhminə" (rejissor) SDT 1986
- İ. Əfəndiyev "Üçatılan" (səhnələşdirən və rejissor) Gəncə Dram teatrı 1987
- M. F. Axundov "Təbriz vəkilləri" (rejissor) GDT 1987
- Evripid "İfigeniya" (rejissor) AMDT 1987
- N. Gəncəvi "Cəngavər qızlar"(rejissor və rəssam) Gəncə "Zərdabi" t-r 1988
- Elçin "Mahmud və Məryəm" (səhnələşdirən, rejissor və rəssam) LDDT 1988
- Ş. Əliyev "Molla Nəsrəddin və Əzrayıl" (tərcüməşi və rəssam) Lənkəran DT 1988
- C. Cabbarlı "Solğun çiçəklər" (rejissor) Gəncə Dövlət Dram teatrı 1989
- S. Dərviş "Fosforlu Cevriyyə" (müəllif, rejissor və rəssam) GDT 1989
- Ə. İsayev "Boş barılar" (rejissor) GDDT 1989
- Ə. Nesin "Öldür məni, əzizim" (rejissor və rəssam) Bakı Özəl teatr 1990
- O. İzzətoğlu "Köçündən ayrılan durna" (rejissor və rəssam) Ağdam DDT 1990
- S. Səfərov "İntizar" (rejissor) GDDT 1990
- Ş. Qurbanov "Sənsiz" (rejissor) AMDT 1990
- Ə. Nesin "Al canımı, əzizim" (rejissor və rəssam) Ağdam D D T 1991
- N. Məmmədova "Cavad xan" (rejissor) GDDT 1991
- B. Vahabzadə "Şəbi-hicran" (rejissor) Universitetin "Tədris" teatrı 1993
- İ. Əfəndiyev "Sən həmişə mənimləsən" (rejissor) BMMT "Tələbə" teatrı 1993
- S. Dərviş "Fosforli Cevriyyə" (rejissor) BMMT "Tələbə" t-r 1994
- V. Şekspir "Şıltaq qızın yumşalması"(rejissor və rəssam) BMMT "Tələbə" 1994
- J. B. Molyer "Don Juan" (rejissor və rəssam) BMMT 1994
- O. İzzətoğlu "Kiminə hay-hay, kiminə vay-vay, dünya" BMMT 1994
- C. Məmmədquluzadə "Ölülər" (rejissor və rəssam) Bakı Bələdiyyə teatrı 2002
- N. Hikmət "Damokl qılıncı" (rejissor və rəssam) Bakı Bələdiyyə teatrı 2002
- Sofokl "Elektra" (rejissor və rəssam) Bakı Bələdiyyə teatrı 2003
- Natiq "Xəyanət" (rejissor və rəssam) "Zaman" dini teatrda 2004
- O. İzzətoğlu "Əzabkeş Zeynəb" (müəllif, rejissor və rəssam) Zaman t-r 2005
- Mir Cəlal "Dirilən adam" (müəllif və rejissor) Akademik M D T 2006
- Ə. Əmirli "Yeddi məhbusə anası" (rejissor) Musiqili komediya teatrı 2007
- Teyfik əl Hakimi "Hərraca qoyulmuş sultan" (rejissor və rəssam) İrəvan t-r 2008
- O. İzzətoğlu "Şəhərdə manyak var" (liberetto müəllifi və rejissor) MKT 2008
- A. Babayev "Xilaskar" (rejissor və rəssam) İrəvan DDT 2009
- J. B. Molyer "Məcburən doktor" (rejissor və rəssam) İrəvan teatrı 2011
- Y. Şetinkina "Qızıl ahu balası" (rejissor və rəssam) İrəvan teatrı 2011
- M. F. Axundov "Mürafiə vəkilləri" (rejissor) 2011
- "Haray" tammetrajlı bədii film (ideya müəllifi və rejissor) Kinostudiya 1994
- "Haqqa doğru" sənədli-bədii film (rejissor) "Günay RTV" 1995
Televiziya tamaşaları
- H. Cavid "Afət" (rejissor) Azərbaycan televiziyasında
- C. Cabbarlı "Oqtay Eloğlu" (rejissor)
- Elçin "Dəyişmə" (ssenari müəllifi və rejissor)
Radio tamaşalar
- Əzizə Türkan "Pəncərədə işıq" (ssenari müəllifi və rejissor)
- Maks Friş "Rip van Vinkl" (tərcüməçi, ssenari müəllifi və rejissor)
- Prosper Merime "Karmen" (tərcüməçi, ssenari müəllifi və rejissor)
- Əziz Nesin " Üç yeriyən bədbəxtlik" (ssenari müəllifi və rejissor)
- Əziz Nesin " Sən Qara deyilsən" (ssenari müəllifi və rejissor)
- T. Drayzer "Aktrisa" (tərcüməçi, ssenari müəllifi və rejissor)
Romanlar
- "Nuh Peyğəmbər" roman-əsatir. (2003-cü ildə çap olunub)
- "Xudayarnamə" satirik roman (birinci kitab)
- "Xudayarnamə" satirik roman (iknci kitab)
- "Molla Nəsrəddinin Teymurləngi ram etməsi"
- "Əlvida deməyə tələsmə" avtobioqrafik roman
- "Ağa Məhəmməd şah Qacar" kinoroman
Povestlər
- "Ölülər"
- "Ölümlə rəqs" ("Azərbaycan" jurnalında çap olunub).
- "Çarəsız oğru"
- "Millət atası" Sənədli povest (Hacı Zeynalabdin Tağıyevin əziz xatirəsinə). "Günay" qəzetində azərbaycan və rus dilində çap olunub.
Hekayələr
- "Əlifba" ("Ulduz" jurnalında çap olunub).
- "Ana dili"
Dram əsərləri
- "Peyğəmbər" iki hissəli xalq faciəsi
- " Əzabkeş Zeynəb" iki hissəli faciə (Zaman dini teatrında tamaşaya qoyulub).
- " VII İmam Museyi-Kazım" iki hissəli faciə
- "Həzrət Əlinin qətli" iki hissəli faciə
- "Nakam Fatimə və namurad Qasim" iki hissəli muğam-faciə. Qafqaz Müsəlmanlar İdarəsinin sifarişi ilə Xalq artisti Alim Qasımov üçün nəzərdə tutulub.
- "Həsəd" iki hissəli faciəvi fars.
- "Molla Nəsrəddinin Teymurləngi ram etməsi". Üç hissəli xalq məzhəkəsi.
- "Yorğan və döşək". İki hissəli romantik komediya.(Gənclər Teatrında tamaşaya qoyulub).
- "Dirilən adam". İki hissəli dram. (Mir Cəlalın eyniadlı romanı əsasında).
- "Kafedra". İki hissəli psixoloji dram. (Mir Cəlalın romanı əsasında).
- "Günahsız müqəssir" İki hissəli dram.(Nahid Hacızadənin romanı əsasında).
- "Yaşamaq xatirinə yaşamaq". İki hissəli dram. (Anarın romanı əsasında). "El" jurnalında çap olunub.
- "Geriyə baxma, qoca". İki hissəli Qarabağnamə. (İlyas Əfəndiyevin romanı əsasında).
- "Vətəndən-vətənə köç". İki hissəli dram.
- "Sifarişli qətl". İki hissəli dram.
- "Ana". Bir hissəli dram.
- "Şəhərdə manyak var". İki hissəli musiqili liberetto (Əsər 2008-ci ildə Musiqili Komediya Teatrında tamaşaya qoyulub).
Mükərrəmoğlu, M. "Sənət adamları minnətdarlıq edirlər". [Noyabrın 7-də respublika Prezidenti bakı Bələdiyyə Teatrının bir qrup sənətçisinə fəxri adlar verilməsi ilə bağlı fərman imzalamışdır] //Xalq.- 2002.- 14 noyabr.