From Wikipedia, the free encyclopedia
Orrin Erastus Friman (ing. Orrin Erastus Freeman; 9 sentyabr 1830, Boston – 16 avqust 1866, Yokohama) – ABŞ fotoqrafı. Çin və Yaponiyada fəaliyyət göstərmişdir. Yaponiyada məskunlaşmış ilk peşəkar fotoqraf olmaqla yanaşı, Yaponiyada ilk fotostudiyanı açmış şəxsdir.
Orrin Friman | |
---|---|
Doğum tarixi | 9 sentyabr 1830 |
Doğum yeri |
|
Vəfat tarixi | 16 avqust 1866 (35 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | fotoqraf |
Orrin Friman 1830-cu ildə ABŞ-nin Boston şəhərində doğulmuşdur.[1] Friman 1857-ci ilə aid bir şəhər kataloqunda bar sahibi kimi göstərilmişdir.[1]
1859-cu ildə ailəsi ilə birlikdə Çinin Şanxay şəhərinə gəlmiş və özü ilə ambrotipik kamera gətirmişdir.[1] Suçjou şəhərində fotostudiya açmış və çinlilərin fotoportretlərini çəkərək pul qazanmağı planlaşdırmışdır.[1] Lakin Suçjou şəhərində uğursuz olduqdan sonra studiyanı 1859-cu ilin iyulunda Şanxaya köçürmüşdür.[1] Burada daha uğurlu olsa da, Yaponiyaya köçməyə qərar vermişdir.[1]
1859-cu ilin dekabrında və ya 1860-cı illərin əvvəlində Yaponiyanın Yokohama şəhərinə çatmış, burada Yaponiyanın ilk fotostudiyasını açmışdır.[1] O, Yaponiyada bir sıra tanınmış şəxslərin fotoportretini çəkməklə məşğul olmuşdur.[2] 15 iyun 1860-cı ildə Qərb elmləri ilə maraqlanan yerli tacir Otsuki Takayukinin fotoportretini çəkmişdir.[2]
Ukay Qyokusen Frimana yaxınlaşaraq ambrotipik kamerasını və digər təchizatları üçün təklif vermiş, eləcə də, ondan fotoqrafiya dərsləri almışdır.[1] Ukay Yaponiyanın ilk peşəkar fotoqrafı olmuş, Friman isə fotoqrafiyadan uzaqlaşaraq tacir olmuşdur.[1]
Friman 16 avqust 1866-cı ildə keçirdiyi iflic nəticəsində ölmüş və Yokohama əcnəbi qəbiristanlığında dəfn olunmuşdur.[1] Ölərkən Frimanın var-dövlətinin dəyəri 130 min ABŞ dolları olaraq hesablanmışdır.[2] Onun mirası qardaşları arasında bölüşdürülmüşdür.[2]
Orrinin atası Samuel Friman ev inşaatçısı, babası cərrah, ulu babası isə koloniya qubernatoru və hüquqşünas olmuşdur.[3][1] Orrinin qardaşı Albert Lamper Friman 1855-ci ilin aprelində Çinə köçmüş və Şanxayın tanınmış tacirlərindən biri olmuşdur.[4] Albert Bostonda yaşayan dostu Çarlz Kullisə yazdığı məktublarda Orrinin fəaliyyəti haqqında məlumatlar vermişdir.[4]
Orrinin digər qardaşı Melvin Palmer Friman da Çində işləmiş, daha sonra qısa müddət Yaponiyada yaşamışdır.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.