On qüsurlu hərəkət (ivr.עשרת הדברות — Aseret ha-Dibrot, lat.Decalogus), dini inanca görə, MusayaSina Dağında Tanrı tərəfindən iki daş kitabə üzərində verilmiş dini və əxlaqi fikirlər toplusudur. Bu toplu Tövratın Çıxış kitabında əksini tapmışdır.
Qarşımda başqa ilahələr olmamalıdır.
Özün üçün oyma büt düzəltmə, yuxarıda, aşağıda və suda olanların surətini düzəltmə, onlara əyilmə və onlara ibadət etmə.
Şənbə gününü unutma. Altı gün işlə və bütün işini tamamla, lakin yeddinci gün allahındır. Sən, oğlun və qızın, qulun və heyvanların və qapılarında olan fəqir füqara heç bir iş görməməlidir. Çünki Rəbbin göyləri, yeri və dənizi və onlarda olan bütün şeyləri altı gündə yaratmışdır.
Anana və atana hörmət elə.
Öldürmə.
Zina etmə.
Oğurluq etmə
Qonşuna qarşı yalan şahidlik etmə.
Qonşunun evinə tamah salma, qonşunun arvadına, quluna, öküzünə, eşşəyinə və ümumiyyətlə heç bir şeyinə tamah salma.