Okyyokyudl
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Okyyokyudl (isl. Okjökull) və ya Ok buzlağı – İslandiyada yerləşmiş buzlaq. 2014-cü ildə tamamilə əridiyi elan olunmuşdur.
Okyyokyudl | |
---|---|
Ok | |
Yerləşməsi | |
64°35′52″ şm. e. 20°52′51″ q. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Buzlaq İslandiyanın qərbində, Reykyavikin şimal-şərqində, Ok qalxan vulkanı üzərində yerləşirdi.[1]
Ok buzlağı 2014-cü ildə buzlaqşünas Oddur Siqudsson tərəfindən "ölü" elan olunmuşdur. 2018-ci ildə Rays Universitetinin antropoloqları Simen Hov və Dominik Boyer buzlağın əriməsi haqqında "Ok deyil" adlı sənədli film çəkmişdirlər. Onlar burada buzlağın əriməsi haqqında xatirə lövhəsi quraşdırmağı təklif etmişdirlər.[1][2][3] Lövhə 18 avqust 2019-cu ildə quraşdırılmış,[4] üzərində həm islandca, həm də ingiliscə yazı yazılmışdır:[2][5]
Gələcəyə məktub Ok buzlaq statusunu itirmiş ilk İslandiya buzlağıdır. Növbəti 200 ildə digər buzlaqlarımızın da eyni taleyi yaşaması gözlənilir. Bu abidə nələr bildiyimizi, nələrin baş verdiyini və nələrin edilməli olduğunu göstərmək üçündür. Bacarıb-bacarmadığımızı ancaq sən bilirsən. |
Lövhənin sonunda quraşdırıldığı aydakı qlobal karbon dioksid miqdarı (415 ppm) yazılmışdır. Mərasimdə İslandiya baş naziri Katrin Yakobsdouttir, İslandiyanın ətraf mühit naziri Qudmundur İnqi Qudbrandsson və keçmiş İrlandiya prezidenti Meri Robinson iştirak etmişdirlər.[2] Mərasimdən öncə NASA Earth Observatory buzlağın 1986–2019-cu illər arasındakı fotolarını paylaşmışdır.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.