Novxanı
Abşeron rayonunda kənd From Wikipedia, the free encyclopedia
Abşeron rayonunda kənd From Wikipedia, the free encyclopedia
Novxanı — Azərbaycan Respublikasının Sumqayıt şəhərinin Novxanı kənd inzibati ərazi dairəsində kənd.[1]
Novxanı | |
---|---|
40°31′47″ şm. e. 49°46′46″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Sumqayıt şəhəri |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 8.409 (2009) nəfər |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0119 |
Digər | |
belediyye.com/novxani/?i… | |
Vikianbarda əlaqəli mediafayllar |
Qaynaqlara görə hələ 500 il əvvəl indiki Novxanıdan bir qədər aralı, Binəqədi duz gölünün xəzrisində "Siyan" adlı kənd olub. "Siyan" sözü "yanmaq" sözü ilə bağlı olub. "Sis", "his", "tüstü" sözünün deformasiyaya uğramış variantı kimi yozulur "hisyandıran" kimi mənalandırılır. Bu kənd XVII əsrin ortalarından dəniz suyunun artması (bəzi mənbələrdə güclü zəlzələ) nəticəsində batmış, əhali indi Aşağıbaş adlanan yerdə məskunlaşmışdır. Bu kənddə tikilmiş yeni evlərə "təzə evlər"- həmin dövr üçün Azərbaycan dilinə təsiri qüvvətli olan fars dilindən "nov xanı" (noii xanə) adı verilmişdir ki, sonralar kənd bütövlükdə Novxanı adlandırılmışdır.
Sumqayıt şəhərinin eyniadlı inzibati ərazi vahidində kənd. Abşeron yarımadasındadır. Oykonim İran dillərindəki noıı (yeni, təzə) və xanə (ev, məskən) sözlərindən ibarət olub, "yeni evlər", "yeni kənd" mənasındadır. Yaşayış məntəqəsi bir neçə kilometrlikdəki qəd. bir kəndin əhalisinin XVI əsrin axırlarında indiki yerdə məskunlaşması nəticəsində yaranmışdır.[2]
Novxanı həm zahirən, həm də mental cəhətdən Abşeronun başqa kəndlərinə çox oxşasa da fərqli cəhətləridə vardır. Kəndin qədim hissəsində qalmış ev və həyətlərə diqqət yetirdikdə görürük ki, hər bir həyətdə su quyusu və tövlələr, habelə xırman, bostan məhsulları saxlamaq üçün anbarlar vardır. Novxanı kəndinin əncir və üzümü başqa kəndlərdən fərqlənir. Binaların və həyətlərin quruluşundan belə məlum olur ki, insanlar əsasən əkinçilik və maldarlıqla məşğul olmuşlar. Novxanıda demək olar ki, hamının evində xalça, palaz toxunub, parçadan, zər baftadan tikmələr tikilib. Yerli əhalinin özəl xüsusiyyətləri haqqında danışarkən bir fakt tez-tez vurğulanır ki, novxanılılar heç vaxt bağa çəpər çəkməz, həyətə qıfıl vurmazlarmış. Milli adətlərdən xeylisi bu günə gəlib çıxmasa da, bir qismi qorunmaqdadır. Məsələn, bağa köçəndə, bağdan geri qayıdanda "Yurd halvası " çalınır, bağa gedənlər üçün aparılırmış. Kənddə əsasən xəmir və ət xörəklərinə üstünlük verilir. Əvvəllər çox işlənən balıq xörəkləri indi az işlənir. Çünki bir vaxtlar insanlar istədiyi balığı vətəgələrdən gətirirdilər. İndi həmin balıq növlərini tapmaq çətindir.
Kənddən Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Seyid Hüseyn, Ümgülsüm, Oqtay Sadıqzadə, Kamil Balakişiyev, Əzim Əzimzadə, Lütfi Zadə, Mehdi Hüseynzadə, Süleyman Rüstəm, Sabit Orucov kimi şəxsiyyətlər çıxmışdır. Novxanıda Mehdi Hüseynzadə adına 1 saylı tam orta məktəb var. Abşeron nemətlərindən olan zəfəran, badam və püstə sovxozlar ləğv edildiyindən yalnız fərdi həyətlərdə yetişdirilir. Novxanıda XVII əsrə aid Şah Sultan Hüseyn məscidi və Hacı Səfəralı məscidi vardır.
Qarabağ savaşında 52 novxanılı iştirak edib. Onlardan 5 nəfəri şəhid olub.
2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 8.409 nəfər əhali yaşayır.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.