Novolak
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Novolak (keçmiş adı: Banayaul[3], sonra Banay-aux[4], çeç. Бони-Эвла[5]) — Dağıstan Respublikası, Novolak rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Novolak rayonunun və Novolak kənd sovetliyinin mərkəzidir. Novolak kənd inzibati vavidliyinin yeganə yaşayış məntəqəsidir[6][7].
Novolak | |
---|---|
Новолакское Бони-Эвла | |
43°07′10″ şm. e. 46°28′58″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1850 |
Mərkəzin hündürlüyü | 428 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 87242 |
Poçt indeksi | 368160 |
Kənd Xasayurtdan 16 km cənub-qərbdə,yarıq-su çayının sol sahilində, Çapayevo kəndinin qarşı tərəfində yerləşir.
Kənd 1850-ci ildə salınmışdır. 1883-cü ildə Banayaulda 270 həyət vardı. Hansı ki, burada 1129 nəfər yaşayırdı (milli tərkib baxımıəndan çeçenlərdən ibarət idi). Kənddə 3 məsid mövcud idi[8].
22 noyabr 1928-ci il Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Mərkəzi İcraiyə Komitəsinin 4-cü isesiyasında respublikanın yeni rayonlaşdırma layihəsi hazırlanır. Bunun əsasında rayonların və bölgələrin bölünməsi, 26 kanton və 2 subkontonun yaradılması barədə qərar qəbul edilir. Xasavyurt kantonu 1921-ci ildə Terek bölgəsindən Dağıstan Muxtar Sovet Sosialist Respublikasına verilmiş keçmiş Xasavyurt dairəsi ərazisinin bir hissəsində təşkil olunmuşdur. Yeni bölgələşməyə əsasən, kanton 18 kənd icmasından ibarət idi. Bura o cümlədən Banayaul, Banayyurt, Bezen 1, Bezen 2, Visi-İrza, Qencik-Erze daxil olurdu.
23 fevral 1944-cü ildə çeçenlərin deportasiyası zamanı köğçürülmüş əhalinin yerinə bura Lak rayonuna daxil olan Turçi, Burtni, Varay, Kurxi, Uri, Keqarçi, Xalaki, Kamaşa, Quymi, Xuti, Şahuva, Baqilka, Kuma, Kundı, Kumar kəndlərindən əhali köçürülür[9].
Hal-hazırda lakların Novolak rayonundan, Mahaçqaladan şimala köçürülməsi və Auxov rayonunun bərpası üçün bir layihə hazırlanır[10].
5 sentyabr 1999-cu ildə Dağıstan əməliyyatı zamanı kənd Şamil Basayev və [[Əmir Xəttab]ın döyüşçüləri tərəfindən ələ keçirilir. 14 sentyabr 1999-cu ildə isə ağır və qanlı keçən döyüşlərdən sonra isə federal qüvvələr çeçen mücahidlərini kənddən çıxara bilir. Döyüşlər nəticəsində kənd tamamən dağılır.
2002-ci il siyahıya alınmaya görə əhalinin milli tərkibi.: çeçenlər — 33 %, laklar — 64 %[11]
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[12]:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.