From Wikipedia, the free encyclopedia
Nişi-Rozen sazişi (西・ローゼン協定, Nişi-Rozen Kyotey?) – 25 aprel 1898-ci ildə Yaponiya ilə Rusiya arasında Koreya barədə imzalanmış saziş.[1] Saziş Rusiya naziri Roman Romanoviç Rozen və Yaponiya xarici işlər naziri Nişi Tokuciro tərəfindən imzalanmışdır.[1]
Yaponiya ilə Rusiya Koreya yarımadası üçün rəqabət içərisində idilər.[1] Bu rəqabət 1895-ci ildə başa çatan Yaponiya-Çin müharibəsindən sonra daha da kəskinləşmişdir.[1] Üçlər müdaxiləsindən sonra Yaponiyanı sakitləşdirmək istəyən Rusiya Koreya məsələsində bir sıra güzəştlərə getmək qərarına gəlmişdir.[1]
Sazişə əsasən iki ölkə də Koreyanın daxili işlərindən uzaq qalmalı, Koreya üçün hərbi qüvvə və maddi yardım göndərərkən bir-birilərinin təsdiqini almalı idi.[1] Rusiya Yaponiyanın Koreyadakı ticarət və sənaye fəaliyyətlərinə qarışmayacağı barədə söz vermişdir.[1] Saziş iki tərəfi də məmnun etmişdir.[1] Rusiya Yaponiyanın Koreyadakı təsirini, Yaponiya isə Rusiyanın Mancuriyadakı təsirini tanımışdır.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.