From Wikipedia, the free encyclopedia
Nizami Yusif oğlu Quliyev (17 avqust 1956, Gədəbəy – 1 noyabr 2017, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I və II çağırışlarının deputatı.
Nizami Quliyev 1956-cı il avqustun 17-də Gədəbəy şəhərində anadan olub. Gəncə Dövlət Pedaqoji İnstitutunda tarix üzrə ali təhsil alıb. Rus dilini bilir.
1 noyabr 2017-ci ildə vəfat etmişdir.[1]
Nizami Quliyev ailəli olmuşdur, üç övladı var.
1996-cı il fevralın 4-də baş tutan parlament seçklərində 73 nömrəli Gədəbəy dairəsindən Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi olan Nizami Quliyev I çağırış Milli Məclisin deputatı seçilib. 1996-cı il fevralın 4-dən səlahiyyətlərinin icrasına başlayan Nizami Quliyev Milli Məclisin Yerli özünüidarəetmə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[2][3]
Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan parlament seçkilərində 73 saylı Gədəbəy dairəsindən Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi olan Nizami Quliyev II çağırış Milli Məclisin deputatı seçilib. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Nizami Quliyev Milli Məclisin Regional məsələlər Daimi Komissiyasının və Azərbaycan—Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[4][5]
2008-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasından istefa verərək Qulamhüseyn Əlibəyli rəhbərliyində qurulan Aydınlar Partiyasına qatılmışdır. O, Aydınlar Partiyasının Ali Məclisinin sədri olmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.